Neft nasosları, arxiv şəkli

Rusiya OPEC-in hasilatın daha da azaldılmasına qarşı çıxacaq

8
Rusiya hasilatın daha da azaldılması ilə bağlı irəli sürüləcək istənilən təklifə qarşı çıxacaq

BAKI, 5 iyul — Sputnik. Rusiya iyul ayında təşkil ediləcək OPEC Nazirlər Komitəsinin iclasında hasilatın azaldılmasını dərinləşdirmək ilə bağlı irəli sürüləcək istənilən təklifə qarşı çıxacaq.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Rusiya hökumətinin 4 məsul şəxsindən verilən məlumata görə, Rusiya OPEC-in hazırki qərarına sadiq qalacaq.

Mənbələrdən alınan məlumata görə, may ayının 30-da OPEC-in hasilatın azaldılması barədə qərarını daha 9 ay uzatmasından sonra hasilat kvotasını bir qədər də azaltması neft bazarında yanlış anlaşıla və neft bazarı iştirakçılarında narahatlıq yarada bilər. Onlar 30 may qərarının yetərsiz olacağını düşünə bilərlər. Bu məlumatı, Rusiyanın adının çəkilməsini istəməyən 4 rəsmisi verib. 

Rusiya iyul ayının 24-də Sankt-Peterburq şəhərində bəzi OPEC üzvləri və təşkilata üzv olmayan ölkələrin neft nazirlərinin görüşünün keçirilməsini planlaşdırır. Görüşdə qlobal neft bazarında artıq neft təklifinin qarşısının alınması istiqamətində atılan addımların effektivliyi müzakirə ediləcək.

ABŞ-da artan şist neft istehsalının yenidən canlanması, hasilatın azaldılmasının müvəffəqiyyətli olub-ola bilməyəcəyinə dair şübhələri artırıb.

Rusiyanın neft istehsalçıları qiymətləri dəstəkləmək üçün könüllü olaraq hasilatı gündəlik təxminən 300 min barrel azaldıb.

Rusiya hökumətinin bəzi üzvlərinin hətta neft hasilatının azaldılması anlaşmasının uzadılmasına qarşı olduğu bildirilir.

8