Suriyada xidmətdə olan rus əsgəri

Rus polislər başqa bir ölkədə daxili asayişi təmin edəcəklər

196
(Yenilənib 12:26 05.07.2017)
Bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi açıqlama verib

BAKI, 5 iyul — Sputnik. "Türkiyə, Rusiya və İranın ümumi razılığı əsasında Suriyada yaradılan təhlükəsiz zonalara rus hərbi polisləri yerləşdirilə bilər". Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev açıqlama verib.

"Hələlik belə bir şey praktiki olaraq həyata keçməyib. Ancaq mən bunun ola biləcəyini istisna etmirəm. Rus hərbi polisinin təhlükəsiz bufer zonalarda yerləşdirilməsi nəzərdə tutulub" — Lavrentyev bildirib.

Rus nümayəndə həmçinin qeyd edib ki, yekun sənədlərin imzalanmasından sonra Suriyada təhlükəsizlik zonalarının yaradılması nəzərdə tutulur.

196
Teqlər:
təhlükəsiz zona, İran, Suriya, Rusiya, Türkiyə, polis
Əlaqədar
Suriyada terror aktı nəticəsində 4 nəfər ölüb
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib
ABŞ-ın Suriyada PYD/PKK-ya hərbi yardımları davam edir
Rusiyalı nazirdən maraqlı Suriya etirafı
Cenevrədə Suriya danışıqları başladı
Ərdoğandan gözlənilməz Suriya etirafı