Передача денег из рук в руки

Rüşvətxor məmurların reyestri yaradılır

379
(Yenilənib 15:11 02.07.2017)
Putin rüşvətxor məmurların reyestrinin yaradılması haqqında qanun imzalayıb

BAKI, 2 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə etimadın itirilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb. Dövlət sirri təşkil edən məlumatlar istisna olaraq reyestrə daxil edilməyəcək. 

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

379