Самолет в аэропорту Домодедово

Rusiya paytaxtında yüzlərlə aviareys təxirə salınıb

18
(Yenilənib 14:27 01.07.2017)
Moskva aeroportlarında 300-dən çox aviareys təxirə salınıb

BAKI, 1 iyul — Sputnik. Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 300-dən çox aviareys təxirə salınıb.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 01:20 üçün "Domodedovo" aeroportunda 53, "Şeremetyevo"da 284, "Vnukovo"da isə 11 uçuş təxirə salınıb. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib.

Sinoptiklər Moskvada qeyri-sabit hava şəraitinin iyulun 1-də davam edəcəyini bildiriblər.

18