Борис Немцов убит в центре Москвы

Keçmiş baş nazirin müavinini öldürənə hökm oxundu

86
(Yenilənib 17:50 29.06.2017)
Zaur Dadayevin müxalifətçi Boris Nemsovun qətlində müqəssir olması barədə qərar verilib

BAKI, 29 iyun — Sputnik. Moskva Dairə hərbi məhkəməsində andlılar çeçen əsilli Zaur Dadayevin müxalifətçi Boris Nemsovun qətlində müqəssir olması barədə qərar veriblər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir.

Andlılar Dadayevə qarşı mərhəmətin mümkün olmadığını bildiriblər. Həmçinin onlar digər müttəhimlər — Həmzət Baxayev, Temirlan Askerxanov, Anzor və Şadid Qubaşevlərin təqsirli olması barədə qərar veriblər.

Məhkəmə davam edir.

Rusiyanın eks-baş nazirinin müavini Boris Nemsov 2015-ci il fevralın 28-də Moskvanın mərkəzində güllələnib.

86
Teqlər:
Boris Nemsovun qətli, Moskva Dairə hərbi məhkəməsi, Həmzət Baxayev, Temirlan Askerxanov, Şadid Qubaşev, Boris Nemsov, Zaur Dadayev, Moskva, Rusiya
Əlaqədar
İmkan yaransaydı, Nemtsovu yenə öldürərdim
ABŞ məhkəməsi Trampın fərmanını qismən dəstəklədi
Rusiya Ali Məhkəməsinin məlum qərarından şikayət verildi
Azərbaycanın məhkəmə sisteminə dəyişiklik ediləcək
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Moskva Ankara ilə Türkiyə-Ukrayna hərbi əməkdaşlığını müzakirə edəcək"

107
(Yenilənib 18:28 21.06.2021)
Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir.Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir.

BAKI, 21 iyun — Sputnik. Rusiya yaxın vaxtlarda Türkiyə ilə görüşlər zamanı həmçinin Ankara və Kiyev arasında hərbi əməkdaşlıq məsələlərini də müzakirə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Siz Ukrayna Xarici İşlər Nazirliyinin Ukrayna və Türkiyə hərbi-dəniz qüvvələri arasında əməkdaşlıq planları ilə bağlı bəyanatını qeyd etdiniz. Ukraynanı NATO-ya cəlb etmək cəhdləri ilə bağlı mövqeyimizi çox açıq şəkildə, birmənalı şəkildə bildirdik.

Şübhə etmirəm ki, ciddi, məsuliyyətli dövlətlər söhbətin nədən getdiyini yaxşı bilirlər. Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir. Mən düşünürəm ki, biz təbii ki, bu məsələyə dair də danışacağıq", - deyə Lavrov qeyd edib.

107
Moskvada Kremlə mənzərə, arxiv şəkli

General Kərəm Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedir

1399
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Beynəlxalq Təhlükəsizlik Konfransı

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik bir forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

 

1399
Teqlər:
general-leytenant Kərim Vəliyev, Beynəlxalq Təhlükəsizlik konfransı, Azərbaycan, Rusiya, Moskva
Məktəbdə qız, arxiv şəkli

Azərbaycanda 2020-2021-ci tədris ili necə keçdi

0
(Yenilənib 19:55 21.06.2021)
İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov bütün bu yeniliklərin tədris prosesində necə əks olunduğu və təhsil ilinin yekunları barədə danışacaq.

BAKI, 21 iyun — Sputnik. İyunun 15-də Azərbaycanda 2020-2021-ci tədris ili başa çatdı. İlk dəfə olaraq təhsil alanlar ilboyu karantin məhdudiyyətləri şəraitində oxumalı oldular. Həmin tədris ili həm təhsil sistemi, həm də şagird, tələbə və validenylər üçün əsl sınaq ili oldu.

Koronavirus pandemiyası bütün dünyada tədris prosesinə ciddi zərbə vurdu. Ötən tədris ili ərzində virusun yayıldığı bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da ilk karantin tədbirlərindən biri universitet, məktəb və uşaq bağçalarının bağlanması oldu. Etiraf etmək lazımdır ki, Azərbaycanın Təhsil Nazirliyi bu sahədə hər hansı bir təcrübənin və əsaslana biləcək nümunənin olmamasına baxmayaraq vəziyyətə çevik reaksiya verərək məktəb və universitet təhsilini yeni şəraitə uyğunlaşdırmaq üçün addımlar atmağa başladı. Ölkədə teledərslərdən və onlayn-tədrisdən istifadə olunmağa, "TV-dərslər" və "Virtual məktəb" layihələri gerçəkləşdirilməyə başlandı. Və bu, vəziyyətdən yeganə düzgün çıxış yolu idi.

İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov bütün bu yeniliklərin tədris prosesində necə əks olunması və 2020-2021-ci təhsil ilinin yekunları barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0