SU-34

Rusiya raketləri ABŞ-ın mövqelərinə zərbə endirə bilər

2272
(Yenilənib 14:19 20.06.2017)
Suriya ordusuna məxsus qırıcının vurulması qorxunc olaylara səbəb olur

BAKI, 20 iyun — Sputnik. Suriya rejiminə aid döyüş təyyarəsinin Rakka yaxınlarında ABŞ ordusu tərəfindən vurulmasına Rusiyadan kəskin reaksiya gəlib. Sputnik Azərbaycan Sözcü-yə istinadla xəbər verir ki, ABŞ tərəfi, Suriya rejiminə aid döyüş təyyarəsinin Azad Suriya Ordusunun mövqelərinə zərbə endirdiyini və bu səbəbdən onu zərərsizləşdirdiklərini bəyan edib.

Moskva isə ABŞ ilə Rusiya arasında 2015-ci ilin oktyabr ayında əldə olunan və iki ölkənin Suriyanın hava sahəsində uzlaşmasını nəzərdə tutan anlaşmanı təxirə salıb. Rusiya artıq Fərat çayının qərbində uçan, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus bütün təyyarələri və insansız hava vasitələrini hədəfə alacaqlarını diqqətə çatdırıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib ki, koalisiya qüvvələrinə məxsus təyyarələr və pilotsuz hava vasitələri də daxil olmaqla, Fərat çayının qərbində uçan hər bir cisim, Rusiyanın yerdəki və havadakı müdafiə qüvvələri tərəfindən hədəfə alınacaq. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford isə açıqlayıb ki, Suriyada hər iki cinahın mövqelərini müəyyənləşdirən xəttin bərpasına çalışacaqlar.

2272
Teqlər:
koalisiya qüvvələri, döyüş təyyarəsi, Suriya, Rusiya, ABŞ
Əlaqədar
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib
ABŞ-ın Suriyada PYD/PKK-ya hərbi yardımları davam edir
Rusiyalı nazirdən maraqlı Suriya etirafı
Cenevrədə Suriya danışıqları başladı
Ərdoğandan gözlənilməz Suriya etirafı
“Rusiya və Türkiyə Suriya məsələsində dil tapıb”
Suriya planına bu ölkə də dəstək verdi
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

8
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

8
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya
NATO-nun simvolu

NATO ölkələrinin rəsmiləri toplanırlar Gündəmdə Qarabağ da var

17
(Yenilənib 17:20 30.11.2020)
Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük

BAKI, 30 noyabr — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

"Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük", - deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının xarici işlər nazirləri səviyyəsində görüşü videokonfrans formatında keçiriləcək.

17
Teqlər:
iclas, Liviya, Suriya, Belarus, Rusiya, Azərbaycan, Qarabağ, açıqlama, Yens Stoltenberq, NATO