Vladimir Putin, arxiv şəkli

Putin Türkiyəyə yeni səfir təyin edib

1624
(Yenilənib 16:00 19.06.2017)
Buna qədər o, Rusiya XİN-in Böhran Vəziyyəti Mərkəzi Departamentinin direktoru vəzifəsini tutub

BAKI, 19 iyun — Sputnik. Prezident Vladimir Putin Aleksey Yerxovu Rusiyanın Türkiyədəki yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə fərman hüquqi informasiyalar rəsmi portalında yerləşdirilib.

Buna qədər Yerxov Rusiya XİN-in Böhran Vəziyyəti Mərkəzi Departamentinin direktoru vəzifəsini tutub. Daha əvvəl o, İstanbulda Baş konsul olub. Hazırda 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir statusunu daşıyır. Yerxovun bu posta təyinatını 2017-ci ilin mayında Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə Komitəsi dəstəkləyib.

Rusiyanın Türkiyədəki diplomatik missiyasının rəhbəri Andrey Karlov 2016-cı ilin dekabrında Ankarada öldürülüb. Onun səlahiyyətlərini müvəqqəti olaraq Ankaradakı səfirliyin müşaviri Sergey Panov icra edirdi.

1624
Teqlər:
Aleksey Yerxov, Vladimir Putin, Ankara, Rusiya, Türkiyə, səfir, prezident
Əlaqədar
Rusiya səfirliyi Lapşinlə görüş barədə məlumat verdi
Amerikalı səfirin Rusiya haqda işlətdiyi ifadə diqqət çəkib
Türkiyədəki Rusiya səfirini öldürən şəxs polisdir
Rusiya səfiri İŞİD liderinin öldürülməsindən danışdı
Türkiyə Rusiya və Almaniyadakı səfirlərini dəyişdi