Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin varisindən danışdı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidDirect Line with Vladimir Putin
Direct Line with Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin canlı yayımda özündən sonra kimi yerinə qoyacağı barədə sualı cavablandırıb

BAKI, 15 iyun — Sputnik. Unutmaq lazım deyil ki, hər şeyi seçicilər həll etməlidir.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt"də onun varisinin kim olacağı barədə suala cavabında deyib.

"Birbaşa xətt"in sonunda prezident ona yazılan sualları özü seçərək cavablandırıb. O, özündən sonra kimi öz yerinə qoymağı planlaşdırdığı barədə suala cavabında deyib:

"Birincisi, mən hələ işləyirəm, ikincisi demək istəyirəm ki, bunu seçicilər, Rusiya xalqı müəyyənləşdirməlidir".

"Əlbəttə mən nə vaxtsa müəyyən edəcəm və bunu deməkdə də yanlış bir şey görmürəm ki, mənim istədiyim adam hər necə olsa, formalaşacaq. Amma əlbəttə, yekunda biz unutmamalıyıq ki, yalnız seçici, Rusiya vətəndaşları kimin regionları, konkret rayonları, şəhərləri, vilayətləri və ölkəni idarə edəcəyini müəyyən etməlidir" — deyə o, vurğulayıb.

Bu il sayca 15-ci "Vladimir Putinlə birbaşa xətt" reallaşıb. Xalqla ilk belə canlı ünsiyyət 2001-ci ildə olmuşdu.

Xəbər lenti
0