Прямая линия с президентом РФ В. Путиным

Rusiya prezidentinin atası da xərçəngdən əziyyət çəkirmiş

465
(Yenilənib 18:34 15.06.2017)
Putin: "Anam dedi ki, atam gecə ağrıdan çığırır"

BAKI, 15 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin atasının xərçəng xəstəsi olduğunu, lakin bu xəstəlikdən vəfat etmədiyini bildirib.

Bu gün Rusiya prezidenti ənənəvi birbaşa xəttə çıxıb. Burada Rusiyanın Apaptitı şəhərindən olan Darya Starikova ona dördüncü mərhələdə xərçəng diaqnozu qoyulduğunu, daha əvvəl osteoxondrozdan müalicə olunduğunu deyib. Starikovanın sözlərinə görə, səhv diaqnoz vaxt itkisinə səbəb olub, xərçəng isə inkişaf edib. Starikova öz şəhərində bu sahə üzrə mütəxəssis çatışmazlığından şikayət edib. 

"Mən bir qayda olaraq öz şəxsi həyatım barədə danışmıram, lakin sənə baxaraq bunu deməyə bilmərəm: eyni şey atamın da başına gəlmişdi. Onu belindəki ağrılardan müalicə edirdilər. Anam dedi ki, atam gecə ağrıdan çığırır. Yalnız bundan sonra onu başqa xəstəxanaya keçirdim" — Putin bildirib.

"Onun xəstəliyi elə səninki kimi idi. Hətta bu mərhələdə effektiv vasitə tapıldı. Bu çoxdan olub. O, heç də həmin xəstəlikdən vəfat etmədi. Ona görə xahiş edirəm, ümidini itirmə. Mən də öz tərəfimdən buna diqqət ayıracağam və sənə şəxsən kömək etmək məsələsini diqqətdə saxlayacağam" — deyə prezident bildirib.

465
Teqlər:
birbaşa xətt, xərçəng, prezident, Rusiya prezidenti Vladimir Putin, Rusiya
Əlaqədar
Putin ABŞ-la konstruktiv dialoqa hazır olduğunu bəyan edib
Putin: "Rusiya həmişə sanksiyalar altında yaşayıb"
Rusiya prezidentinə iki milyonadək sual verilib
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

5
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

5
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

70
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

70
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Silahlı, arxiv şəkli

Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı müraciət edib

0
(Yenilənib 15:44 01.12.2020)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti,

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya"sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən  edən tədbirlər görməyə çağırıb.

0
Teqlər:
muzdlu, Ermənistan, müraciət, ombudsman