Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ABŞ-la konstruktiv dialoqa hazır olduğunu bəyan edib

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçid"Прямая линия" с президентом РФ В. Путиным
Прямая линия с президентом РФ В. Путиным - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: "Ruslar ABŞ-ı özünün düşməni hesab eləmir"

BAKI, 15 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinin bu gün keçirdiyi mətbuat konfransında bir amerikalı ondan məsləhət istəyib ki, rusofobiya dalğası ilə necə rəftar etsin.

Putin cavabında Rusiya və ABŞ-ın iki dünya müharibəsində eyni tərəfdə vuruşduğunu xatırladıb.

"Rusiyada çoxları Amerika xalqının nailiyyətlərinə hörmətlə yanaşır" — deyə Putin bildirib.

Rusofobiya və antirusiya təşəbbüsləri, həmçinin ABŞ-la münasibətlərin yaxşılaşdırılması ilə bağlı suala cavabında Putin deyib ki, hər iki ölkə nüvə silahının yayılmaması sahəsində əməkdaşlıq edə bilərlər. Bununla yanaşı, ekologiya mövzusunda da diskussiyalar təşkil etmək mümkündür.

"Biz dünyada yoxsulluqla mübarizə üzərində işləməliyik. Radikalizm və terrorizmin mənbələrindən biri bu fəlakətdir" — deyə prezident bildirib.

O xatıdladıb ki, Moskva ilə Vaşinqton İranın nüvə proqramı üzərində işləyiblər. Deməli, əməkdaşlıq üçün uğurlu nümunələr var.

Dövlət başçısı Rusiya və ABŞ-ın birlikdə Suriya və Ukrayna problemlərini həll edəcəyinə inamını ifadə edib.

"Biz konstruktiv dialoqa hazırıq" — deyə Putin əlavə edib.

Xəbər lenti
0