ABŞ prezidenti Donald Tramp

Rusiyaya qarşı sanksiyaları götürmək səlahiyyəti Trampdan alına bilər

671
"Əgər Tramp qanun layihəsini imzalamasa və Rusiyanı cəzalandırmasa, o, demokratiyaya xəyanət etmiş olacaq"

BAKI, 12 iyun — Sputnik. Amerikalı senatorlar Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyi təklif ediblər. Senator Lindsi Qrem bildirib ki, demokratlar və respublikaçılar Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə qanun layihəsi təklif etmək niyyətindədirlər.

Sputnik Azərbaycan "Politico" nəşrinə istinadla xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ prezidenti Donald Trampa, mövcud sanksiyaları yumşaltmağın qanunla qadağan edilməsini istəyirlər. "Əgər Tramp qanun layihəsini imzalamasa və Rusiyanı cəzalandırmasa, o, demokratiyaya xəyanət etmiş olacaq" — deyə Qrem bildirib.

Bir neçə gün əvvəl Ağ Evin nümayəndəsi Sara Sanders bəyan edib ki, "Nə qədər ki, Ukrayna böhranı aradan qalxmayıb, ABŞ Prezidentinin Administrasiyası Rusiyaya qarşı mövcud sanksiyaların qorunmasına sadiqdir".

Xatırladaq ki, ötən ilin sonlarında ABŞ-ın o vaxtkı prezidenti Barak Obama Rusiyaya qarşı bir sıra yeni sanksiyalar təqdim etmişdi. ABŞ-dan Rusiyanın 35 diplomatı və onların ailə üzvləri geri göndərilmişdi.

Eyni zamanda, Rusiya səfirliyinin əməkdaşlarının istirahəti üçün nəzərdə tutulmuş Vaşinqton və Nyu-Yorkdakı bağ evləri diplomatların ailələrinin üzünə bağlanmışdı. Bu yaxınlarda Rusiyanın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, əgər ABŞ Nyu-York və Merilend ştatlarındakı Rusiyaya məxsus diplomatik daşınmaz əmlak üzərindəki qadağanı qaldırmasa, Moskva Amerikanın Rusiyadakı mülkiyyəti ilə bağlı adekvat tədbirlərə əl atacaq.

671
Teqlər:
Lindsi Qrem, amerikalı senatorlar, Respublikaçılar Partiyası, Donald Tramp, sanksiya, Demokratlar Partiyası, Rusiya
Əlaqədar
Politoloq: “Yeni sanksiyalar Rusiya üçün problem yaratmayacaq”
Politoloq: “Yaxın həftələrdə Amerika İrana yeni sanksiyalar tətbiq edəcək”
Trampla Putin hər şeydən danışıb, sanksiyalardan başqa
"Rusiyaya qarşı sanksiyaların tam aradan qalxması mümkün deyil"
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Bəşər Əsədə dəstək verən ölkələrə sanksiyalar tətbiq edəcək
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

5
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

5
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

70
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

70
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Prezident İlham Əliyev xalqa müraciəti zamanı

İlham Əliyev: Ermənistan rəhbərləri 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi olub

0
(Yenilənib 15:53 01.12.2020)
"Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik".

BAKI, 1 dekabr — Sputnik. "Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı. Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!", - deyə Prezident qeyd edib.

0
Teqlər:
Ermənistan, Serj Sarkisyan, Robert Koçaryan