Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çeçenistanda döyüşmüş şəxs Moskvada qətliam törədib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiya milli qvardiyasının əməkdaşları hadisə yerində
Rusiya milli qvardiyasının əməkdaşları hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanları Zenkovun evinə hücuma hazırlaşsalar da, hələlik evə daxil ola bilməyiblər

BAKI, 10 iyun — Sputnik. Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsində qeyri-adi qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeçenistanda hərbi qulluq keçmiş 1967-ci il təvəllüdlü İqor Zenkov yaşadığı evin pəncərəsindən ov tüfəngi ilə ətrafı atəşə tutub. Onun açdığı atəş nəticəsində 4 nəfərin öldüyü bildirilir.

Zenkovun açdığı atəş nəticəsində yaralanan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları Zenkovun evinə hücuma hazırlaşsalar da, hələlik evə daxil ola bilməyiblər. Buna səbəb Zenkovun əl qumbarası ilə silahlanması olub.

Atəş açan şəxsin ruhi xəstə, yaxud da psixotrop maddələrin və alkoqolun təsiri altında ola biləcəyi ehtimal edilir. Hadisə yerinə psixoloqlar da cəlb olunub.
Polis hadisənin qətliam, yaxud terror aktı olmadığını, məişət xarakterli ola biləcəyini açıqlayıb. "Ola bilsin ki, silahlı şəxs evində, yaxud da qonşularla etdiyi mübahisə zəminində silaha əl atıb" — deyə polis bildirib.

Xəbər lenti
0