İlham Əliyev və Vladimir Putinin görüşü, arxiv şəkli

İlham Əliyevdən Vladimir Putinə məktub

32
(Yenilənib 17:05 10.06.2017)
İlham Əliyev: Xoş ənənələrə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir.

BAKI, 10 iyun — Sputnik. Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya Günü münasibətilə RF prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan Azərbaycan Prezidentinin saytına istinadla xəbər verir ki, İlham Əliyev Putinə Rusiya Günü ilə əlaqədar olaraq xoş arzularını ifadə edib.

"Bu gün Rusiya Federasiyası ictimai-siyasi və sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Həyata keçirilən dövlətdaxili dəyişikliklər, habelə xarici siyasət sahəsində atılmış addımlar sabitliyə, sıx birləşmiş cəmiyyətin formalaşmasına, beynəlxalq aləmdə Rusiyanın mövqeyinin və nüfuzunun möhkəmlənməsinə kömək edib. Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Bu xoş ənənələrə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Əmin olduğumu bildirirəm ki, biz xalqlarımızın maraqları, regionda sülhün, mehriban qonşuluğun və sabitliyin təmin edilməsi naminə strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlədəcək və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyik" — deyə prezident Əliyev bildirib.

Azərbaycanın dövlət başçısı əlamətdar gündə Putinə möhkəm can sağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edib.

32
Teqlər:
Rusiya Günü, məktub, İlham Əliyev, Vladimir Putin, Rusiya, Azərbaycan
Əlaqədar
Vladimir Putin İlham Əliyevə məktub göndərdi
Vladimir Putin İlham Əliyevə zəng edib
Vladimir Putin İlham Əliyevi təbrik etdi
Laboratoriya işçiləri, arxiv şəkli

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

25
(Yenilənib 22:21 27.11.2020)
Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.

 

25
Teqlər:
alimlər, təklif, AstraZeneca, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada köşklərdə Hitlerin şəkli olan poçt markaları satılıb

8
(Yenilənib 19:38 27.11.2020)
KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb. Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Oryol şəhərində köşklərdə üzərində Adolf Hitlerin fotosu olan poçt markaları satılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq Rusiya istintaq orqanları Oryol şəhərində köşklərdə Adolf Hitlerin şəkli olan poçt markalarının satılması faktı ilə bağlı araşdırma aparmağa başlayıb.

"Mətbuatda yer alan məlumatlara görə, Oryol şəhərindəki qəzet köşklərində nasist Almaniyası liderinin şəkli olan poçt markalarının satışına dair istintaq öncəsi yoxlama başladılıb. Hal-hazırda bu məhsulların satışı dayandırılıb", - deyə bildirilir.

Qeyd edilib ki, istintaq öncəsi yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb.

Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

 

8
Teqlər:
Rusiya, satış, poçt markası, Adolf Hitler

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması