Russian President Vladimir Putin and Xi Jinping, President of the People's Republic of China (PRC), at a meeting in Astana

Vladimir Putin Çin lideri ilə belə zarafatlaşdı

122
(Yenilənib 00:28 09.06.2017)
Vladimir Putin görüş masası arxasında oturan Si Tszinpini "Tənha döyüşçü" adlandırıb

BAKI, 8 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin nümayəndə heyəti görüşə gecikən Çin Xalq Respublikasının sədri Si Tszinpini yumorla qarşılayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə kadrı "Komsomolskaya pravda" qəzetinin müxbiri Dmitri Smirnov öz Twitter səhifəsində paylaşıb.

Putin Çin nümayəndə heyətinin gecikməsi səbəbindən görüş masası arxasında tək oturmalı olan Si Tszinpini "Tənha döyüşçü" adlandıraraq gülüb. Qeyd edək ki, Putin bununla eyni adlı Çin filminə işarə edib.

Xatırladaq ki, mayın 3-də Türkiyə prezidenti ilə danışıqlara başlamazdan əvvəl Rusiya lideri Türkiyə nümayəndə heyətinin protokol tədbirə gecikən nümayəndəsinə eyhamla Rəcəb Tayyib Ərdoğandan zarafatla soruşmuşdu ki, "nədir, səninkilər işləmək istəmir?"

Rusiya prezidentinin özünün də bəzən tədbirlərə gecikmək şakəri var.

O, ötən ilin dekabrında Yaponiyaya bu ölkənin baş naziri Sindzo Abe ilə görüşə planlaşdırıldığı vaxtdan iki saat gec çatmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu dövlət başçısının iş qrafiki ilə əlaqələndirmişdi.

2015-ci ilin 10 iyununda isə Putin Roma Papası Fransiskin görüşünə bir saat gecikmişdi. Kremldə bu gecikməni İtaliya paytaxtının yollarındakı tıxacla izah etmişdilər.

122
Teqlər:
Sindzo Abe, "Tənha döyüşçü", zarafat, Ərdoğan, Çin, Yaponiya, Türkiyə, Putinin zarafatı, Çin Xalq Respublikasının sədri Si Tszinpin, Rusiya prezidenti Vladimir Putin, Rusiya
Əlaqədar
"Ərdoğanla zarafat etdim, ciddiyə aldı"
Prezidentlə zarafat etdi, vəzifəsini itirdi
Klinton və Obama Twitter-də bir-biriləri ilə zarafat ediblər
Rusiya XİN-dən qeyri-adi 1 aprel zarafatı
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

73
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

73
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr