Вдова посла России в Турции Андрея Карлова Марина, фото из архива

Mərhum səfirin xanımından ürək sızladan açıqlama

318
(Yenilənib 00:51 06.06.2017)
Səfirin xanımı: "Ölümündən iki həftə əvvəl dedi ki..."

BAKI, 5 iyun — Sputnik. Ötən ilin sonlarında Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova Sputnik Türkiyə-yə verdiyi müsahibədə ərinin ölümündən 2 həftə əvvəl Türkiyə hökumətinə etdiyi xahişi yerinə yetirməyi rica edib.

Marina Karlovanın sözlərinə görə, mərhum səfir istəyirdi ki, Rusiyanın Bryansk vilayətində yerləşən Klintsı şəhəri Türkiyə şəhərlərindən biri ilə qardaşlaşsın:

"Andrey bu şəhəri çox sevirdi. Orada onun baba və nənəsi dəfn edilib, atası orada böyüyüb və məktəbi bitirib. Andrey yay tətillərində ora gedər, 2-3 ay qalardı. Buna görə də Klintsı onun balaca vətəni kimi idi. Ölümündən iki həftə əvvəl o dedi ki, çox istəyərdi Klintsı Türkiyənin kiçik şəhərlərindən biri ilə qardaş olsun. Mayın 9-da mən Klintsıya getdim, orada yoldaşımın qohumları, yerli bələdiyyə hakimiyyəti ilə görüşdüm. Onlara Andreyin bu son arzusunu çatdırdım. Onlar bu təklifə böyük maraqla yanaşdılar və bu addımı atmağa hazır olduqlarını bildirdilər, bununla bağlı XİN-ə müraciət etdilər. Əgər Türkiyə tərəfi bu təşəbbüsü dəstəkləsə, çox şad olaram. Bu, mənim həyat yoldaşımın xatirəsinə ən yaxşı abidə olardı".

Rusya’nın Ankara Büyükelçisi Andrey Karlov
© Photo : Rusiyanın Türkiyədəki Səfirliyi

Karlova Ukraynanın Çernobıl şəhərinə yaxın ərazidə yerləşən Klintsı şəhərində nüvə fəlakəti nəticəsində xəstə doğulmuş uşaqların olduğunu xatırladaraq deyib: "Klintsı həm də Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan payını alan qonşu bölgələrdən biridir. Orada Çernobıl şəhərindən gələn çox sayda insan yaşayır. Çernobıl qəzasının təsiri altında olan çox sayda xəstə uşaqlar var. Bu uşaqlar üçün Türkiyəyə səyahətlər təşkil edə bilərik. Bu, tətil də ola bilər".

Səfirin həyat yoldaşı Rusiya-Türkiyə münasibətlərinin inkişafının vacib olduğunu da dilə gətirib: "Türkiyə gözəl insanları ilə birlikdə gözəl ölkədir. Mənim yoldaşım ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün əlindən gələni edirdi. Mən onun işlərini davam etdirməyə, Rusiya-Türkiyə əlaqələrinin inkişafına əlimdən gələn köməyi göstərməyə hazıram" — deyə Karlova bildirib.

Bu arada Rus-Türk İş Adamları Birliyi (RTİB) Moskvada türk şairi Nazim Hikmətin xatirə gecəsini təşkil edib. Gecədə "Nazım Hikmət adına dostluq mükafatı"na bu il layiq görülən şəxslərin adları açıqlanıb: Rusiyanın mərhum səfiri Andrey Karlov və sənətkar Rutkay Əziz. Mərasimdə Karlovun mükafatını Türkiyənin Moskvadakı səfiri Hüseyin Diriöz Marina Karlovaya təqdim edib.

318
Teqlər:
Hüseyin Diriöz, Rutkay Əziz, Nazim Hikmət, Rusiya-Türkiyə, Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası, Bryansk, Klintsı, Çernobıl faciəsi, Rusiya-Türkiyə münasibətləri, Ankara, Moskva, səfir, Marina Karlova, Andrey Karlov, Rusiya, Türkiyə
Əlaqədar
Andrey Karlov mühafizəsiz gəzəcək qədər Türkiyəyə güvənirdi
Andrey Karlov dünyasını dəyişdi
Rus səfirin qatilini səudiyyəli cihadçı ilə nə birləşdirir?
Rus səfirin qətlində çoban izi
"Türkiyə rus səfirin öldürülməsinin zərbəsini yayda alacaq"
Səfirin öldürülməsində rus fahişə müəmması
Ankarada öldürülən rus səfirin həyat yoldaşına şad xəbər yazılı formada verildi

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

383
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

383
Böyük Vətən Müharibəsi veteranının medalları, arxiv şəkli

Moskvada 4095 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır

121
(Yenilənib 09:18 09.05.2021)
2021-ci ildə Moskvada yaşayan bütün veteranlara verilməli olan birdəfəlik müavinətin həcmi 10 mindən 25 min rubla qədərdir.

BAKI, 9 may — Sputnik. Rusiya paytaxtında yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı dəqiqləşdirilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Moskvada 4095 nəfər veteran yaşayır.

"Arxa cəbhə zəhmətkeşləri ilə birlikdə veteranların sayı 37351 nəfərdir", — deyə "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov "Telegram" kanalında bildirib.

Xatırladaq ki, 2021-ci ildə Moskvada yaşayan bütün veteranlara verilməli olan birdəfəlik müavinətin həcmi 10 mindən 25 min rubla qədərdir (təqribən 230-575 AZN).

Həmin müavinət veteranlara onların müharibə dövründə harada olmasından asılı olmayaraq veriləcək. Beləliklə, həmin müavinəti hazırda Moskvada rəsmi qeydiyyatda olan Leninqrad blokadası iştirakçıları da ala bilərlər.

Şəhər meriyasının qənaətinə görə isə, birdəfəlik maddi yardımı təqribən 83,2 min nəfər almalıdır.

121
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər, arxiv şəkli

İlham Əliyev Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

30
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.

BAKI, 9 may — Sputnik. Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il ötür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları "xalqımızın qızıl fondu" adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

30