Türkiyə və Rusiya bayrağı

Rusiyadan Türkiyə ilə bağlı yekun qərar verildi

4479
(Yenilənib 12:06 02.06.2017)
Rusiya hökuməti Türkiyədən idxalı qadağan olunan kənd təsərrüfatı məhsulları ilə bağlı qadağanı götürüb

BAKI, 2 iyun — Sputnik. Rusiya hökuməti Türkiyədən idxalı qadağan olunan kənd təsərrüfatı məhsulları ilə bağlı qadağanı götürüb. Pomidora tətbiq edilən qadağa isə davam edir.

Sputnik Azərbaycan Rusiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, Baş nazir Dmitri Medvedyev, hökumətin Türkiyədən kənd təsərrüfatı məhsullarının alınmasına tətbiq edilən qadağanın aradan qaldırılması ilə bağlı müvafiq sənədi imzalayıb. Rusiya hökumətinin internet səhifəsində yayımlanan sənədə görə, Türkiyədən təzə və dondurulmuş xiyar, alma, armud, üzüm, çiyələk, toyuq və hind toyuğu məhsullarının alınmasına tətbiq edilən qadağa rəsmən götürülüb.

Bununla yanaşı, hökumətin qərarı ilə türk şirkətlərinin Rusiyada inşaat işləri aparmasına və turizm sahəsinə tətbiq edilən məhdudiyyətlər də aradan qaldırılıb. Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, pomidorun emal məqsədilə idxalına icazə verilə bilər.

"Bu barədə yayın sonuna qədər məsləhətləşmələr aparılacaq. Amma söhbət pomidorun az miqdarda idxalından gedir" — Dvorkoviç bildirib.

Ölkələrin bir-birinə tətbiq etdikləri məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı siyasi qərar Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Soçidə keçirdiyi görüşdə razılaşdırılmışdı.

Sözügedən məhdudiyyətlər 2015-ci ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus Su-25 hərbi təyyarəsini vurmasından sonra qoyulmuşdu. İki ölkə arasında münasibətlər düzələndən sonra, sözügedən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində iş aparılırdı.

4479
Teqlər:
kənd təsərrüfatı məhsulları, pomidor, idxal, qadağa, Rusiya, Türkiyə, hökumət
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Politico: "Bayden Putin Bakıda görüşə bilər, ancaq…"

240
(Yenilənib 22:59 06.05.2021)
Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

BAKI, 6 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co Bayden və Vladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

240
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

716
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

716
Teqlər:
sülhməramlılar, Rusiya, Njde
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

0
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

0