General Ceyms Mettis

ABŞ-ın müdafiə nazirindən Rusiya ilə bağlı qəribə açıqlama

277
(Yenilənib 23:04 28.05.2017)
ABŞ-ın müdafiə naziri: "Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər, mən bunu başa düşmürəm"

BAKI, 28 may — Sputnik. "NATO Rusiya üçün təhlükə kəsb etmir".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.

"NATO Rusiya üçün təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır. Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm" — deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, Rusiya NATO-ya qarşı strateji rəqib yolunu seçib.

ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq.

277
Teqlər:
Şimali Koreya, NATO, Moskva, Rusiya, Ceyms Mettis, ABŞ
Əlaqədar
NATO hərbi xərcləri artıracaq
Ərdoğan Trampı NATO-dan çıxmaqla hədələdi
NATO təhlükəli oyun oynayır
Vladimir Putin NATO-nun əsas məqsədini açıqladı
NATO baş katibi ABŞ və Rusiya SQ baş qərargah rəislərinin Bakı görüşünü alqışlayır
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağ münaqişəsinin bu yerə gəlməsində SSRİ rəhbərliyini günahlandırıb

0
(Yenilənib 18:30 29.10.2020)
Rusiya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

BAKI, 29 oktyabr — Sputnik. Dağlıq Qarabağdakı vəziyyət yalnız hər iki tərəfin - Azərbaycan və Ermənistanın maraqlarının balansı tapıldıqda həll edilə bilər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi", - deyə Putin bildirib.

0
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağ münaqişəsinin həllində Türkiyənin iştirakını şərh etdi

18
(Yenilənib 18:10 29.10.2020)
Rusiya prezidenti: "İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır".

BAKI, 29 oktyabr - Sputnik. "İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

"Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.

18

İlham Əliyev Vəng kəndinin adını rəsmən dəyişdirdi

0
İlham Əliyev "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 29 oktyabr - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılıb.

0