Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin

Rusiyanın Azərbaycandakı səfiri: "Dilqəm Əsgərovdan üz döndərməmişik"

720
(Yenilənib 16:15 26.05.2017)
Vladimir Doroxin: "ÜAK Rusiya Ədliyyə Nazirliyinin mövqeyinə məhəl qoymayıb"

BAKI, 26 may — Sputnik. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Sputnik Azərbaycan-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

— Hörmətli cənab səfir, son vaxtlar Rusiya və Azərbaycan arasında bir sıra sadə görünməyən məsələlər ortaya çıxıb. Onlar barəsində sizin fikrinizi öyrənmək istərdik. Birincisi, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ətrafındakı vəziyyəti necə qiymətləndirirsiniz? Bu təşkilat barəsində belə bir qərar nə ilə bağlı ola bilər? Çoxları ÜAK məsələsinin Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsirindən ehtiyatlanırlar.

— Bu gün Rusiya-Azərbaycan münasibətləri nə deməkdir? Bu, ilk növbədə yüz minlərlə, bəlkə də milyonlarla Rusiyada işləyən azərbaycanlılardır. Oradan gələn gəlirlərin hesabına yaşayan çoxsaylı Azərbaycan ailələridir. Qarışıq nikahlar, ümumi övladlar, çoxşaxəli qohumluq əlaqələridir.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin
© Sputnik / Murad Orujov
Səfir Doroxin: Dilqəm Əsgərovun məsələsi Lapşinin məsələsindən fərqlidir

Rusiya Azərbaycanın qeyri-neft məhsulları üçün əsas bazardır. Dünyanın heç bir ölkəsində Rusiyadakı qədər azərbaycanlı oxumur. Azərbaycanda Qafqazın ən çoxsaylı rusdilli icması çox rahat şəkildə fəaliyyət göstərir. İnanmaq istəmirəm ki, bütün bunlar ÜAK epizodu ilə təhlükəyə atıla bilər. Hər halda Rusiya bu niyyətdə deyil.

İndi isə ÜAK barədə. ÜAK Rusiya vətəndaşlarının qurduğu RF qeyri-hökumət təşkilatıdır. Təşkilat Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Ötən ilin əvvəlində Rusiya Ədliyyə Nazirliyi planauyğun olaraq ÜAK-da yoxlama aparıb. Rusiya qeydiyyata alınmış bütün ictimai təşkilatlarda belə yoxlamalar aparılır. Yoxlama zamanı Rusiya qanunvericiliyinin pozulması halları aşkar edilib. ÜAK üç dəfə pozuntuların aradan qaldırılmasında dair məktub alıb. ÜAK bu məktubların heç birinə cavab verməyib.

Ola bilsin ki, bu, mənim işim deyil, lakin düzünə qalsa, ÜAK rəhbərliyinin mövqeyini başa düşmürəm. Əgər təşkilat Ədliyyə Nazirliyinin qiymətləndirməsi ilə razı deyildisə, onlardan qanuni formada şikayət etmək lazım idi. Əgər razı idisə, deyilənləri etmək lazım idi. Təkrar edirəm, təşkilat Ədliyyə Nazirliyinin mövqeyinə sadəcə məhəl qoymayıb. Nəticədə Rusiya Ədliyyə Nazirliyi belə hallarda qanunla nəzərdə tutulmuş addımları atmalı oldu. Nazirlik Ali məhkəməyə müraciət etdi və mayın 15-də məlum qərar qəbul olundu.

Rusiyada hakimlərin qərarları şərh olunmur. Onlardan ya şikayət verilir, ya da onlar icra olunur. Başqa yol yoxdur. Bu işdə heç bir siyasət və anti-Azərbaycan təxribatı yoxdur. Sadəcə ÜAK məsələsinin belə bir yön almasından təəssüflənmək olar. Lakin qanunlara riayət olunmalıdır. İndi sakitləşmək, baş verənlərdən nəticə çıxarmaq və gələcək barədə düşünmək lazımdır.

— Rusiyanın Bakıdakı səfirliyi Aleksandr Lapşinin məsələsini diqqətdə saxlayır. Bu gün Lapşin məsələsi nə yerdədir?

— Biz bu işi diqqətlə izləyirik, Lapşinlə görüşürük. İsrail tərəfinin tutduğu vəkillə əlaqə saxlayırıq. Bu gün Lapşinin məsələsi hüquqi müstəvidədir. Onun bir müttəhim kimi hüquqları qorunur. Rusiya üçün bu, ən əsasdır.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Sputnik Azərbaycan-a müsahibə verərkən
© Sputnik / Murad Orujov
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Sputnik Azərbaycan-a müsahibə verərkən

— Rusiya tamamilə təbii olaraq Aleksandr Lapşinin taleyi ilə maraqlanır, lakin eyni zamanda erməni separatçılarının girov saxladıqları Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyindən narahat deyil. Bu, fərqli yanaşmanın göstəricisi deyil?

— Azərbaycan mediası bu mövzuya tez-tez müraciət edir. Təəssüf ki, Rusiya Federasiyasının vətəndaşlarının maraqlarının qorunması işinin necə qurulduğu barədə anlaşılmazlıq mövcuddur. Əgər vətəndaşın başına nəsə iş gəlirsə, səfirliyin ilk görəcəyi iş konsulluq işçisini bu adamla görüşə göndərmək, onun sənədlərini yoxlamaq, əslində nə baş verdiyini aydınlaşdırmaqdır. Bundan sonra hansı səviyyədə hansı addımların atılması barədə qərar qəbul olunur.

Başa düşdüyünüz kimi, bütün bunları biz edə bilmərik, çünki bu insan Rusiyanın dövlətlərarası münasibətlərin subyekti hesab etmədiyi bir ərazidədir. Suallar isə çoxdur. Onların barəsində artıq Rusiya XİN-in nümayəndəsi Artyom Kojin danışıb. Təkrar edə bilərəm. Əsgərov olduğu yerə necə gedib çıxıb? Tərəflərin təmas xəttini necə keçib? Əslində onun başına nə gəlib? Niyə üstündə silah olub? (Silah barədə Əsgərovun qardaşı səfirlikdə olarkən məlumat verib). Bizdə vəziyyət barədə hərtərəfli məlumat yoxdur.

Əsgərovun məsələsinin Lapşinin məsələsindən fərqi budur. Bu, o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir. Səfirlik qohumlarla əlaqədədir. Bizim təşəbbüsümüzlə məsələ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gündəliyinə daxil edilib. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi də bu məsələ ilə məşğul olur. Mən Qırmızı Xaçın nümayəndələri ilə əlaqə saxlayıram. Orada da bu barədə bilirlər. Qeyri-standart və adi olmayan bir vəziyyətdir. Təkrar edirəm, biz həll yolu imkanını axtarırıq.

720
Teqlər:
Ümumrusiya Azərbaycanlıları Konqresi, Aleksandr Lapşin, müsahibə, Vladimir Doroxin, münasibət, ÜAK, vətəndaş, Ədliyyə Nazirliyi, Dilqəm Əsgərov, Rusiya, Azərbaycan
Əlaqədar
Rusiya səfirliyi Lapşinlə görüş barədə məlumat verdi
Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb
Məmmədyarov Rusiya səfiri ilə Lapşinin məsələsini müzakirə edib
Rusiya səfirliyi Lapşinlə görüş üçün XİN-ə müraciət edib
Rusiya səfirinin qətli ilə bağlı mühüm faktlar ortaya çıxdı
Rusiya səfiri azərbaycanlı ədiblərə mükafat verdi
Kitabxana

Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində iştirak edəcəklər

4
(Yenilənib 21:37 27.02.2021)
Elçin Hüseynbəylinin "On üçüncü həvari - 141-ci Don Juan" və Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanları layihəyə salınıb.

 

BAKI, 27 fevral — Sputnik. Bu il Sankt-Peterburqdakı Mayakovski adına kitabxanada keçirilən "Oxuyan Peterburq" layihəsində iki azərbaycanlı yazıçı da iştirak edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, Elçin Hüseynbəylinin "On üçüncü həvari - 141-ci Don Juan" və Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanları layihəyə salınıb.

4
Teqlər:
Rusiya, müsabiqə, azərbaycanlı, yazıçı, kitab
Rusiyada epdimioloji vəziyyət

Rusiyada bir gündə dörd yüzdən çox adam koronavirusdan öldü

7
(Yenilənib 19:00 27.02.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib

BAKI, 27 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11534 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3799406-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Dollar əskinasları və cüzdan, arxiv şəkli

Amerikalı milyarder düzgün investisiya etməyin sirlərini bölüşdü

0
(Yenilənib 23:11 27.02.2021)
Uorren Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri "kədərli gələcəyin" gözlədiyini bildirib.

BAKI, 27 fevral - Sputnik. Amerikanın Berkshire Hathaway holdinq şirkəti banisi Uorren Baffetin illik ismarıcını yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ismarıcda milyarder pərakəndə investorlara tövsiyələrini qeyd edib.

Onun sözlərinə görə, kapitalın əsasını "vaxt, daxili sakitlik, geniş diversifikasiya və əməliyyat sayı ilə komissiyaların minimuma ebdirilməsi" təşkil edir. 

"Aksiyalara sahib olmaq - müsbət məbləğlə oyun oynamaqdır. Hövsələli və ağıllı, portfel yığmış meymun S&P 500 siyahısından olan şirkətlərin yerləşdirildiyi nişangaha 50 ox atsa, vaxt keçdikdən sonra gəlir götürəcək, kapitalı artacaq, düzdür, gərək bu zaman şirnikib aktivlərə dəyişiklik eləməyə".

O həmçinin qeyd edib ki, hazırda istiqrazlar üçün yaxşı vaxt deyil, çünki ABŞ Maliyyə Nazirliyinin onillik istiqrazları, məsələn, 2020-ci ilin sonunda 1981-ci ilin sentyabrındakı gılirliliklə müqayisədə 94 faiz düşmüşdü. Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri isə "kədərli gələcəyin" gözlədiyini bildirib.

0
Teqlər:
ABŞ, sirr, milyarder, investisiya, investor