Rusiya FTX

Moskvanı qana boyamaq istəyən 4 nəfər İŞİD-çi yaxalandı

604
Tutulanlardan biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır

BAKI, 25 may — Sputnik. Rusiyanın paytaxtı Moskvada terror törətmək istəyən 4 nəfər İŞİD üzvü həbs olunub. Onlar avtobus və metro stansiyalarında partlayışlar törətmək niyyətində olublar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. "Tutulanlar İŞİD terror qruplaşmasının üzvləridir. Onlardan biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanıb" — FTX-dən bildirilib.

604
Teqlər:
partlayış, Moskva, Rusiya, terror, İŞİD
Əlaqədar
Terrorçunun qardaşı həbs edildi
Baş nazir yeni terror aktı ola biləcəyini deyib
İngiltərədəki terrorda şübhəli bilinən şəxs saxlanıldı
İngiltərə terrorunun anbaan görüntüləri yayıldı
Terror qurbanlarının sayı artır
Terror Baş nazirin planlarını alt-üst etdi
Dəhşətli terror aktı nəticəsində onlarla insan xəsarət alıb
Bu terrorun məsuliyyətini İŞİD üzərinə götürüb
Vyaçeslav Maşnov, arxiv şəkli

"Sov.İKP-yə eşq olsun" Rusiya Dövlət Dumasına namizədliyini irəli sürəcək

8
(Yenilənib 18:28 08.05.2021)
"Yaşıl alternativ partiyası" imza toplamadan parlament seçkilərində iştirak edə biləcək. Belə ki, partiya artıq regionlardan birinin qanunvericilik orqanında yer alıb.

BAKI, 8 may — Sputnik. Rusiyalı repçi, daha çox "Sov.İKP-yə eşq olsun" və "İrinli" təxəllüsləri ilə tanınan Vyaçeslav Maşnov Dövlət Dumasına namizədliyini irəli sürəcəyini bəyan edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Mən "Yaşıl alternativ partiyası"ndan olan dostlarla söhbətləşdim. Onlar yaxşı uşaqlar imiş: hamısı veqan, vegetarianlardır", - deyə artist "YouTube" kanalında bildirib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilərin 2021-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə Rusiya MSK sədri Ella Pamfilova bildirib ki, "Yaşıl alternativ partiyası" imza toplamadan parlament seçkilərində iştirak edə biləcək. Belə ki, partiya artıq regionlardan birinin qanunvericilik orqanında yer alıb.

8
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli

Putin MDB ölkələrini Qələbənin 76-cı ildönümü münasibətilə təbrik etdi

11
"Bu gün bizim mənəvi borcumuz o çətin illərdə yaşanan hadisələri yaddaşımızda qoruyub saxlamaq və gənc nəsillərə ötürməkdir".

BAKI, 8 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan liderlərini və vətəndaşlarını, eləcə də, Gürcüstan və Ukrayna xalqını 9 May Qələbə bayramı münasibətilə təbrik edib.

Rusiya liderinin Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə ünvanlandığı təbrik mətnində qeyd olunub ki, bu gün keçmiş SSRİ respublikalarının vətəndaşları düşmənlə cəsarətlə vuruşan və arxa cəbhədə fədakarlıq göstərən ata və babalarını xüsusi qürur və ehtiramla yad edirlər.

"Bu gün bizim mənəvi borcumuz o çətin illərdə yaşanan hadisələri yaddaşımızda qoruyub saxlamaq və gənc nəsillərə ötürməkdir", – deyə Putin vurğulayıb.

O, tarixi təhrif etmək, müharibənin nəticələrini yenidən nəzərdən keçirmək, nasistlər və onların əlaltıları tərəfindən törədilmiş dəhşətli vəhşiliklərə haqq qazandırmaq cəhdlərinə qətiyyətlə müqavimət göstərməyə çağırıb.

Rusiya prezidenti bütün müharibə veteranlarına və arxa cəbhədə fədakarlıq göstərənlərə minnətdarlığını bildirərək, onlara can sağlığı, firavanlıq və uzun ömür arzulayıb.

11
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0