Silah

Kredit borcunu tələb edən mütəxəssisi öldürdü

611
(Yenilənib 13:23 21.05.2017)
Kollektorlar banka gecikdirilən kredit borclarının qaytarılması ilə məşğul olurlar

BAKI, 22 may — Sputnik. Rusiyanın İrkutsk şəhərinin hüquq-mühafizə orqanları, mənzillərdən birində cəsədi aşkar edilmiş kişinin necə həlak olmasının detallarını aydınlaşdırırlar. İlkin versiyaya görə, kişinin ölümünə səbəb baş nahiyəsindəki güllə yarası olub.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, istintaq artıq müəyyən edib ki, həlak olmuş şəxs yerli kollektor şirkətlərindən birində gecikdirilmiş borcların qaytarılması üzrə baş mütəxəssis olub. "Onun bədənində iki güllə yarası var. Biri çiynində, digəri isə başında" — hüquq-mühafizə orqanlarından bildiriblər.

Kollektorun cəsədinin tapıldığı evin yanında həlak olmuş şəxsə məxsus "Mercedes" avtomobili tapılıb. İstintaq bu hadisə barəsində bir neçə versiyanı gözdən keçirir. Onların arasında sifarişli qətl də var. Həmçinin, peşə fəaliyyətinin bu şəxsin ölümünə səbəb olması da istisna edilmir.

Qeyd edək ki, kollektorlar banka gecikdirilən kredit borclarının qaytarılması ilə məşğul olurlar.

611
Teqlər:
kollektor, güllə yarası, İrkutsk şəhəri, kişi, istintaq, Rusiya, hüquq-mühafizə orqanları
Əlaqədar
"Adam öldürən yeniyetmənin əvəzinə atası cəzalandırılsın"
Polislər məktəblini öldürdülər
Bakıda biznesmenin oğlu adam öldürdü, amma mühakimə olunmayacaq
İnanclı insanları öz evinin zirzəmisində öldürür və...
Prezidentin mühafizəçiləri səhvən naziri öldürdülər
Terror təşkilatının liderlərindən biri öldürüldü