Antarktida qitəsi

Antarktidada yadplanetlilərin kosmik gəmisi tapıldı

4094
(Yenilənib 15:01 18.05.2017)
Valentin Deqterev: "Onun ölçüləri o qədər böyükdür ki, Yer planetində onu qarın altından çıxarmağa qadir olan texnika yoxdur"

BAKI, 18 may — Sputnik. Nijni Taqildə (Rusiya) yaşayan radio həvəskarı, fəlakətlərlə bağlı tədqiqatları ilə məşhur olan Valentin Deqterev növbəti kəşfə imza atıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, virtual tədqiqatçı Yer səthi ilə bağlı şəkilləri öyrənərkən Cənub qütbündə üstü sıx qar təbəqəsi ilə örtülmüş nəhəng predmet aşkarlayıb. Mütəxəssis o qənaətə gəlib ki, bu predmet yad mənşəlidir və böyük ehtimalla yadplanetlilərin kosmik gəmisidir.

"Mən təsadüfən heyrətamiz bir şey tapdım. Google Earth saytında 73°13'55.09"S, 71°57'12.98‚W koordinatı üzrə Antarktidada (Eklund adası) axtarış apararkən, sahildən 170 kilometr aralıqdakı qayalıqda "ulduz gəmisi" adlandıra biləcəyimiz qurğu dayanır. 600 metr ölçüsü olan bu nəhəng aparat, böyük ehtimalla qayaya çırpılıb və əsrlərlə buranın girovuna çevrilib" – deyə Deqterev yazıb.

Rusiyalı artefakt mütəxəssisi bildirib ki, nəhəng UNO Antarktida buzlaqları əriməyə başlayandan sonra fotolarda görünüb: "Şəkillər 1989-cu ildən 2013-cü ilə qədər çəkilib. Bütün şəkillərdə də həmin predmet eyni yerdə dayanıb. Bəzən fərq edilir, bəzənsə yox. Amma onun forması dəqiq görünür: raket mühərrikli elleps formasında diskə oxşayan aparatdır".

Onun sözlərinə görə, hətta 1999-cu ildə çəkilmiş şəkillərdə aparatın qanadları da görünür: "Lakin ola bilsin ki, bu, sadəcə kölgədir, yaxud da səthin kiçik bir hissəsidir. Qalan hissələr barədə isə mən heç təsəvvür belə, etmirəm. Görünür bu, bizim planetdəki ən böyük UNO-dur. O, yaxşı qorunub və onu tapmaq elə də çətin deyil".

Bununla yanaşı, Deqterev bildirib ki, gəlmə "kosmik gəmi"ni hazırkı şərtlərdə qarın altından çıxarmaq mümkün deyil. Çünki hazırda dünyada Antarktidada o miqyasda iş aparmaq qabiliyyətində olan texnika yoxdur.

"Mənə çox maraqlıdır ki, o, Yerə nə vaxt düşüb? Və o, haqqında çoxlu əfsanələr dolaşan həmin "Viman" aparatının (Qədim əfsanəvi uçan aparat. Sanskrit mətnlərinə görə, allahlar səmada vimanlar vasitəsilə uçurdular və onlar ölüm gətirən silahlarla təchiz edilmişdilər — red.) özü deyil ki? Onunla bağlı qədim Mars və hətta mifik Faeton kimi müxtəlif fantaziyalar da uydurmaq olar" — mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, bir şey dəqiqdir ki, hələ indiyə qədər Yer kürəsində belə bir şey tapılmayıb: "Bu texnogen predmetin ilkin təsəvvür olunan ölçüləri onu deməyə əsas verir ki, o, Yer planetində mövcud olan maşınlarla müqayisədə həddindən artıq böyükdür".

Xatırladaq ki, Valentin Deqterev 2012-ci ildə Sverdlovsk vilayətində itkin düşmüş AN-2 təyyarəsinin sərnişinlərinin yardım istədikləri barədə səsləri radiokanallardan birində eşitdiyini bəyan etməsi ilə məşhurlaşıb. Daha sonra radioanaliz həvəskarı peyk vasitəsilə çəkilmiş şəkillərin analizi vasitəsilə fəlakətlərin araşdırılması ilə məşğul olur.

4094
Teqlər:
Rusiya, yadplanetli, UNO, Antarktida, aparat, Valentin Deqterev, predmet
Əlaqədar
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
Yadplanetlilər Yerə siqnal göndərdi
Yadplanetlilərin yeraltı bunkeri aşkarlandı
Ay yadplanetlilər tərəfindən işğal olunub
Yadplanetlilər bu şəkillərlə bizə nə demək istəyiblər?
Yadplanetlilərlə bağlı sensasiyalı xəbər
Amerikalılar yadplanetlilərin sirrini açdılar
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Peskov Putinlə Ərdoğanın münasibətlərinin hansı səviyyədə olduğunu açıqlayıb

498
(Yenilənib 21:16 26.09.2021)
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında çox etibarlı iş əlaqəsi var.

BAKI, 26 sentyabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında çox etibarlı iş əlaqəsi var.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, "Rossiya1" telekanalının efirində "Moskva. Kreml. Putin" verilişində deyib.

Peskov bildirib ki, bu güvən iki lider arasında ciddi danışıqlar üçün əlverişlidir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfərə gedəcək. 

Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir.  

Dmitri Peskov daha əvvəl bu səfərlə bağlı deyib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər.

"Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

Həmçinin oxuyun:

* Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

* Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

498
Vladimir Jirinovski, arxiv şəkli

Jirinovski Putinə abortdan imtina edən qadınlara kompensasiya verilməsini təklif edib

59
(Yenilənib 21:21 26.09.2021)
RLDP sədri bu sözləri prezidentin Dövlət Dumasında təmsil olunacaq partiya nümayəndələri ilə görüşü zamanı deyib.

BAKI, 25 sentyabr – Sputnik. Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkə başçısı Vladimir Putinə qadınlara abortdan imtina etməyə görə kompensasiya verilməsini təklif edib. Bu barədə RİA Novosti xəbər verir.

“Təklif edirəm ki, abortlardan imtinaya görə kompensasiya tətbiq olunsun”, - deyə RLDP sədri prezidentin Dövlət Dumasında təmsil olunacaq partiya nümayəndələri ilə görüşündə deyib.

Jirinovskinin rəhbərlik etdiyi partiyada hesab edirlər ki, bu, ölkədə demoqrafik artıma səbəb ola bilər. Belə ki, RLDP abortdan imtina etdikləri təqdirdə qadınlara böyük məbləğdə pul verilməsini təklif edir. Eyni zamanda partiya sədri bir müddət əvvəl bildirib ki, bu halda sonradan doğulacaq uşaqlar alınaraq xüsusi müəssisələrə yerləşdirilməlidirlər.

Həmçinin oxuyun:

Putin Dövlət Dumasının qarşısında duran vəzifələri ifadə edib

59
Teqlər:
Vladimir Jirinovski, abort, kompensasiya

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.