Bir kəmər — bir yol forumu

Avrasiya İqtisadi Birliyinin gələcəyinə aydınlıq gətirildi

132
(Yenilənib 16:08 15.05.2017)
Vladimir Putin, Misir, İran, İsrail, Hindistan, Serbiya və Sinqapurla məsləhətləşmələrə başlamaq barədə razılıq əldə olunduğunu söyləyib

BAKI, 15 may — Sputnik. "Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa fərqli qitələrdən olan 50-ə yaxın ölkə maraq göstərir". Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O, Avropa, Asiya və Latın Amerikasının, təxminən 50 ölkəsinin AİB-lə çalışmaq istədiyini bildirib. Çinin paytaxtı Pekində təşkil edilən "Bir kəmər — bir yol" forumunun ikinci günündə çıxış edən Putin, Misir, İran, İsrail, Hindistan, Serbiya və Sinqapurla məsləhətləşmələrə başlamaq barədə razılıq əldə olunduğunu söyləyib.

132
Teqlər:
"Bir kəmər - bir yol" forumu, Avrasiya İqtisadi Birliyi, Vladimir Putin, Sinqapur, Pekin, Misir, İran, Rusiya
Əlaqədar
Putindən ruslarla bağlı maraqlı açıqlama
Vladimir Putindən vacib Fələstin açıqlaması
Putin Ərdoğana söz verdi
Rusların Putinlə bağlı mövqeləri bəlli oldu
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

31
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

31
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

29
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

29
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Nəzrin Məmmədova, arxiv şəkli

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir

0
(Yenilənib 00:15 01.06.2020)
Musiqi – azərbaycanlı diceyin maraqlarının yalnız bir hissəsidir, o etiraf edir ki, asan yolları sevmir və eksperimentlərə üstünlük verir.

BAKI, 1 iyun — Sputnik, Kəmalə Əliyeva. Karantinə qədərki Bakıda Böyük Britaniyanın elektron musiqi şousu “Selector Live: Women. Sounds. Waves” böyük uğurla keçib. Bu şouda azərbaycanlı və xarici qadın diceylər (DJ) eyni səhnəni bölüşüblər. İştirakçılar arasında Azərbaycanın tanınmış diceyi Inherroom (Nəzrin Məmmədova) da var idi. O, Sputnik Azərbaycan-a müsahibəsində qızlar arasında diceylik peşəsinə olan tələbatdan danışıb. 

- Nəzrin, indi Azərbaycanda dicey işləyən qızlar çoxdurmu?

- Mən diceyliklə dörd il bundan əvvəl məşğul olmağa başladım. Onda bizim sayımız cəmi üç idi, amma indi dicey qızların sayı artıb. Mən bu sahədə işləmək istəyən qadınları həmişə dəstəkləməyə, onlara məsləhətlər verməyə, kömək etməyə hazıram.

- Siz necə dicey oldunuz?

-  Biz elə bir dövrdə yaşayırıq ki, orada hər şeyi internet vasitəsilə öyrənmək olar. İngilis dilini mükəmməl bilirəm, buna görə də mənə lazım olan məlumatları tapmaq daha asandır. Mənim hələ uşaqlıqdan musiqiyə böyük həvəsim var, amma musiqi təhsilim yoxdur, hər hansı musiqi alətində də ifa etmirəm. Mən yalnız musiqi dinləməyi sevirəm. Çoxlu dicey dostum var. Məhz onlardan birinin məsləhəti ilə mən də bu peşəyə müraciət etmək qərarına gəldim. Hesab edirəm ki, indi həyatda nəyisə əldə etmək, yaxud sevimli işlə məşğul olmaq üçün təhsil lazım deyil. Əsasən də, bizim dövrümüzdə hər şeyə unikal yanaşma daha yaxşı qarşılanır.

- Xaricdə tez-tez çıxış edirsiniz?

- Əsasən qeyri-festival formatında olan tədbirlərdə iştirak edirəm. Gürcüstanda, Moskvada çıxış etmişəm. Musiqidən başqa, vizual incəsənətlə də məşğul oluram. Bir çox ölkələrdə sərgilərim keçirilib. Mən interdisiplinar rəssamam, ona görə də həm rəssamlıqla, həm heykəltaraşlıqla, həm qrafika ilə, həm videoinstalyasiya ilə, həm də performansla maraqlanıram. Musiqi isə mənim maraqlarımın bir hissəsinə çevrilib.

- İndi diceylər arasında kişilərə daha çox tələbat var, ya qadınlara?

- Bunun heç bir fərqi yoxdur. Hesab edirəm ki, biz tam bərabərhüquqlu cəmiyyətdə yaşayırıq. Hər şey təşkilatçılardan asılıdır. Çıxışım zamanı çalışıram ki, Azərbaycana gəlib çatmamış musiqiləri səsləndirim. Mən Britaniya səsləndirməsini çox sevirəm. Mən nə isə yeni bir şey gətirmək istəyirəm, lakin tez-tez başqa bir şey qoymağı xahiş edirlər. Azərbaycanda zövqlər bir qədər pisdir, amma zaman keçdikcə bu, dəyişəcək.

- Mən yox, amma elə diceylər - Azərbaycan musiqisindən öz şəbəkələrinizdə istifadə edirsiniz?var, Azərbaycan musiqisinə müraciət edirlər. Mənim gördüyüm işdə xalq musiqisindən istifadə etmək, fikrimcə, diqqət cəlb etməyin çox asan yoludur. Mən asan yolları sevmirəm, əsasən ən eksperimental və mürəkkəb olanları seçirəm.

- Hansı planlarınız var?

- Əvvəllər gələcəyimi xaricdə görürdüm, amma indi qərarımı dəyişmişəm. Mən artıq on ildir burada incəsənətlə məşğul oluram, ona görə də köçmək istəmirəm, həm orada, həm də burada işləmək istəyirəm. Hətta başqa bir ölkədə olsam da, yenə Azərbaycan rəssamı, artisti olacağam.

Təəssüf ki, bir çox uşaqlar diceylikdə özlərini sınamaqdan qorxurlar. Hesab edirlər ki, bu peşənin gələcəyi yoxdur. Rəssam olmaq istədiyimi deyəndə çoxları məni fikrimdən daşındırmaq istəyirdi. Məni inandırmağa çalışırdılar ki, bu sənətdə gəlir yoxdur. Fəaliyyətimdən beş il sonra YARAT Müasir İncəsənət Mərkəzi açıldı, məni oraya dəvət etdilər və bütün arzularım reallığa çevrildi. İndi gənclərin daha geniş imkanları var.

0
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür