Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ qırıcılarının Suriyaya girişinə qadağa qoydu

© AFP 2023 / BORYANA KATSAROVAABŞ F-16 qırıcıları
ABŞ F-16 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Lavrentyev: "Hətta ABŞ öncədən xəbərdarlıq etsə belə, onlara aid təyyarələrin uçuşuna icazə verilməyəcək"

BAKI, 5 may — Sputnik. Suriyadakı təhlükəsiz və uçuşa qadağan olunan bölgələrə ABŞ-a məxsus döyüş təyyarələrinin girişinə icazə verilməyəcək. Sputnik Azərbaycan "Qazeta"-ya istinadən xəbər verir ki, bu barədə Astanadakı Suriya danışıqlarında Rusiyanı təmsil edən Aleksandr Lavrentyev açıqlama verib.

O, qeyd edib ki, atəşkəs bölgələrinin hava məkanı ABŞ, o cümlədən koalisiya qüvvələrinin hərbi təyyarələri üçün bağlı olacaq. "Hətta ABŞ öncədən xəbərdarlıq etsə belə, onlara aid təyyarələrin uçuşuna icazə verilməyəcək. Amerikalılar ancaq İŞİD-in nəzarətində olan yerlərdə uçuş həyata keçirə bilərlər. Bura Raqqa, Deyr-əz-Zor və s. yerlər daxildir" — rus rəsmi bildirib.

Aleksandr Lavrentyev sonda əlavə edib ki, Rusiya sülhün təminatçısı olan ölkə kimi atəşkəs zonalarında bütün fəaliyyətləri diqqətlə izləyəcək.

Xəbər lenti
0