Donald Tramp, arxiv şəkli

Trampı inadından döndərə bildilər

594
(Yenilənib 22:52 04.05.2017)
Rusiya lideri amerikalı həmkarına, Şimali Koreya mövzusunda səbrli olmağı və gərginliyi azaltmağı məsləhət görüb

BAKI, 3 may — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Sputnik xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.

Liderlər söhbət zamanı çox vacib məsələlər barədə razılığa gəliblər. Xüsusilə terrorla mübarizə, Suriya və Şimali Koreya məsələsində razılıq əldə olunub. Putin amerikalı həmkarına, Şimali Koreya mövzusunda səbirli olmağı və gərginliyi azaltmağı məsləhət görüb. Tramp Putinin bu məsləhətini nəzərə alacağını bildirib.

İki lider, Suriya mövzusunda da xarici işlər nazirləri səviyyəsində danışıqların intensivləşməsinə qərar verib. Tramp və Putin, 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 sammitində bir araya gələcəklər.

594
Teqlər:
Rusiya prezidenti, ABŞ prezidenti, Vladimir Putin
Əlaqədar
Putin Trampla görüşə hazır olduğunu bəyan edib
Trampla Putin hər şeydən danışıb, sanksiyalardan başqa
Putin və Trampın yaxın adamları nəyi müzakirə ediblər?
Putin-Tramp anlaşmasında "qırmızı xətt" də olacaq
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

9
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

9
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

45
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

45

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə