Министерство иностранных дел России

Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi

158
(Yenilənib 00:30 25.04.2017)
Rusiya XİN vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğunu cavablandırıb

BAKI, 25 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) KİV-in bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.

Sputnik Azərbaycan-ın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin “Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?“ sualına cavabında bildirib ki, onlar Azərbaycan KİV-nin Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: “Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib”.

Sorğuda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: “Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib”. 

Kojinin adından yayılmış cavabda, həmçinin, vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.

Məlumatda “bu hadisədə müəmmalı amillər mövcud olduğu” qeyd edilib, “rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı” ilə bağlı məlumatsızlıq ifadə olunub: “Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq”. 

Kojin “Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini” də qeyd edib.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.  

158
Teqlər:
Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluğu, Həsən Həsənov, Artyom Kojin, Dilqəm Əsgərov, Şahbaz Quliyev, Rusiya, Azərbaycan
Əlaqədar
Erməni girovluğunda olan Dilqəm Əsgərovun atası vəfat etdi
"Rusiya Aleksandr Lapşinə göstərdiyi həssaslığı Dilqəm Əsgərova da göstərməlidir"
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən bir il ötüb

Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO

15
(Yenilənib 21:01 30.11.2020)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

15
Teqlər:
dəmiryolu, Rusiya, Azərbaycan, sülhməramlılar
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

Paşinyan indi Rusiyanın Baş nazirinə zəng etdi

16
(Yenilənib 18:28 30.11.2020)
Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

BAKI, 30 noyabr — Sputnik. Ermənistanın və Rusiyanın baş nazirləri – Nikol Paşinyan və Mixail Mişustin arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinə dair bir sıra məsələləri müzakirə ediblər.

Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

16
Teqlər:
telefon danışığı, Mixail Mişustin, Nikol Paşinyan, Rusiya, Ermənistan
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən