BAKI, 23 aprel — Sputnik. Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb. "Report" xəbər verir ki, bu barədə müğənni "Facebook"dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.
"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – red.). Səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər" — deyə o bildirib.
Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.
BAKI, 1 mart — Sputnik. "Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra "İskəndər" məsələsində ona yanlış məlumatın çatdırılması qənaətinə gəlməsinə dair Yerevandan səsləndirilən bəyanatlardan məmnundur ". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Çox önəmlidir ki, bu məsələdə həqiqət bərpa olundu", - Peskov qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra bu qənaətə gəlib ki, ona "İskəndər"lərlə bağlı yanlış məlumat verilib.
"Ermənistan Baş naziri və Rusiya Federasiyası Prezidenti bu yaxınlarda baş tutan telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistan Baş nazirinin "İskəndər" sisteminin tətbiqi ilə bağlı bəyanatını da müzakirə ediblər", - deyə Gevorqyan bildirib.
Agentlik qeyd edir ki, mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, cari duruma dair ona yanlış məlumat verilib.
"Bundan əlavə, Baş nazirin bəyanatının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiqlik əlaqələrinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahələrində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir", - deyə Paşinyanın mətbuat katibi qeyd edib.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.
Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.
"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.
Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".
Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.
BAKI, 1 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 11 571 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 333 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 257 640-a çatıb. Rusiyada pandemiya yayılandan 86 455-ə nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 823 074- ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.