Moskva Kremli, arxiv şəkli

Kreml Vladimir Putinin "varisi" ilə bağlı açıqlama verdi

263
(Yenilənib 23:11 21.04.2017)
Kreml Rusiya prezidenti Vladimir Putinin varisi ilə bağlı məsələyə aydınlıq gətirib

BAKI, 21 aprel — Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinin varisi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin növbəti dövlət başçısı olacağı ilə bağlı məsələni şərh edib. O, bildirib ki, Kreml senator Frans Klintseviçin məktubunda haqqında söhbət açılan Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin növbəti dövlət başçısı olacağı barədə iddiaları təsdiqləmək üçün heç bir səbəb görmür. 

"Əlbəttə, burada hansısa təsdiq üçün heç bir əsas yoxdur. Özü də, prezident bu məsələyə kifayət qədər aydın cavab verib. Burada heç bir diskussiya və hallandırmalar üçün yer yoxdur. Hər şey tamamilə aydındır" – deyə Peskov bildirib.

O, həmçinin qeyd edib ki, prezident administrasiyası "Müharibə əlilləri" İctimai Təşkiları ilə Klintseviç arasındakı münaqişəni yoluna qoymaq niyyətindədir.

Qeyd edək ki, aprelin 20-də Kremldə keçirilən "Qələbə" təşkilat komitəsinin iclasında "Müharibə əlilləri" İctimai Təşkilatının sədri Andrey Çepurnoy prezident Vladimir Putinə deyib ki, senator Klintseviç "öz inzibati resurslarından istifadə edərək təşkilatı məhv etmək, əmlakını ələ keçirmək, veteren hərəkatındakı əlillər arasına ayrı-seçkilik salmaq istəyir". 

Президент России Владимир Путин встречает своего турецкого коллегу Реджепа Тайипа Эрдогана. Санкт-Петербург, 9 августа 2016 года
© REUTERS/ Sergei Karpukhin

Klintseviçin sözügedən məktubunu xatırladan Çepurnoy deyib ki, senator orada Volodini prezidentin "hüquqi varisi" qismində təqdim edib.

Putin isə cavabında bildirib ki, dövlət başçısını yalnız demokratik seçkilər yolu ilə Rusiya xalqı təyin edə bilər, başqa heç kəs.

263