Amerikalı aparıcı Bill Reyli

Prezidenti söydü, işdən qovuldu

328
Bill Reylinin aparıcısı olduğu "Factor O`Reyilly" şousu Amerikada ən məşhur şoulardan sayılırdı.

BAKI, 20 aprel — Sputnik. Hər zaman efir vasitəsilə Rusiya prezidenti Vladimir Putini təhqir edən və bu yolla məşhurlaşan amerikalı aparıcı Bill Reyli Fox TV-dəki işindən qovulub. Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, bu barədə telekanal özü məlumat yayıb. Lakin onun hansı səbəbdən işdən qovulduğu açıqlanmayıb.

Qeyd edək ki, Bill Reylinin aparıcısı olduğu "Factor O`Reyilly" şousu Amerikada ən məşhur şoulardan sayılırdı.

328
Teqlər:
Bill Reyli, şou, Vladimir Putin, Rusiya, prezident
Əlaqədar
Vladimir Putin ABŞ-la münasibətlərdən şikayətləndi
Putindən qonşu ölkələrə "rəngli inqilab" xəbərdarlığı
Vladimir Putin: "ABŞ Dəməşqi bombalamağa hazırlaşır"
Vladimir Putin İlham Əliyevə məktub göndərdi
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Terrorla bağlı Putinə inanılmaz qadağa
 Koronavirus qarşı peyvənd, arxiv şəkli

COVID-19 vaksininin uşaqlar üzərində sınaqlarının tarixi məlum olub

89
(Yenilənib 16:00 04.08.2020)
Sınaqlar qışda başlayacaq çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

BAKI, 4 avqust — Sputnik. Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - Ginsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

89
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

1
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
 Bakıda çimərlik, arxiv şəkli

Çimərliklərdə monitorinq - harda çimə biləcəyinizi açıqladılar

0
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

BAKI, 4 avqust — Sputnik. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

0