Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov

FTX direktorundan terror xəbərdarlığı

31
(Yenilənib 23:39 11.04.2017)
FTX rəhbəri: "İŞİD Rusiya və digər regionlarda terror hücumuna hazırlaşır"

BAKI, 11 apr — Sputnik. "İŞİD-in Rusiya Federasiyası ərazisində terror aktları törətməyə hazırlaşdığı barədə operativ informasiyalar əldə etmişik".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib.

"Hazırda böyük həcmdə operativ informasiyalar gəlir ki, Yaxın Şərqdə fəaliyyət göstərən İŞİD terror qruplaşmasının başçıları dünyanın müxtəlif regionlarında, eləcə də Rusiya Federasiyası ərazisində terror aktları hazırlayırlar" — deyə Bortnikov bildirib.

FTX rəhbəri qeyd edib ki, son vaxtlar İŞİD Rusiya, Böyük Britaniya, İsveç və Misirdə rezonans doğuran aktlara imza atıb.  

Bortnikov terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər görməyin lazım gəldiyini vurğulayıb.

Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan FTX direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvündən 6-sı Sankt-Peterburqda, 2-si Moskvada saxlanılıb.

31
Teqlər:
Sankt-Peterburq metrosu, Misir, Britaniya, Moskva, İsveç, terror, İŞİD, İŞİD terakta hazırlaşır, Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyası, Rusiya
Əlaqədar
İŞİD Ərdoğanı hədəfə aldı
İŞİD bu şəhəri də qana boyadı
İŞİD-in daha bir "qala"sına hücum başladı
İŞİD qədim Roma şəhərini yerlə-yeksan etdi
İŞİD-çilər mollaları oğurladılar