Peterburq metrosunda partlayış, 3 aprel 2017-ci il

Peterburqu qana boyayan kamikadzenin Türkiyə keçmişi üzə çıxdı

1824
(Yenilənib 14:53 11.04.2017)
Sankt-Peterburq metrosunu partladan şəxs terror aktından əvvəl Türkiyədən deportasiya edilib

BAKI, 11 apr — Sputnik. Sankt-Peterburq metrosunda partlayış törədən Əkbərcon Cəlilov 2016-cı ilin dekabrında Türkiyədən deportasiya edilibmiş. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Yeni Akit" qəzeti məlumat verib. 

Məlumata görə, Cəlilov uzun müddət ölkə ərazisində olub. Yalnız bu məlumdur ki, o, adı "qara siyahı"ya salınandan sonra da yarım il ərzində Türkiyədə qeyri-leqal şəkildə yaşayıb.

Deportasiyadan sonra ona 5 il ərzində Türkiyəyə giriş qadağan edilib. O, Sankt-Peterburqa gedərək orada suşi barında aşbazlıqla məşğul olurmuş. Qəzet Cəlilovun terror qruplaşmaları ilə əlaqələri barədə məlumat verməyib.

Türkiye sınır dışı etti, Rusya uyudu

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyaları arasında hərəkət edən qatarda partlayış baş verib. Nəticədə 14 nəfər ölüb, 50-yə yaxın adam ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Terror aktının Qırğızıstandan olan etnik özbək, 22 yaşlı Əkbərcon Cəlilov tərəfindən əldə düzəldilmiş partlayıcı qurğular vasitəsilə törətdiyi məlum olub. Cəlilov bir neçə il əvvəl Rusiya pasportu əldə edib. Aprelin 7-də Moskvanın Basman məhkəməsində bu terrorun törədilməsində şübhəli bilinən Tacikistan vətəndaşı Sodik Ortikov haqqında iş qaldırılıb.

1824
Teqlər:
Əkbərcon Cəlilov, partlayış, deportasiya, metro, Sankt-Peterburq, Türkiyə, terror
Əlaqədar
Rusiya prezidentindən MDB dövlətlərinə terror xəbərdarlığı
Sankt-Peterburq terroruna dair mühüm detallar üzə çıxıb
Rusiyada terror qurbanlarının sayı artır
Azərbaycan XİN Peterburqdakı terror aktını pisləyib
Peterburqda terror aktında yaralananlar arasında azərbaycanlı var
Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Terrorla bağlı Putinə inanılmaz qadağa
Tibb işçisi Moskvada COVID-19 xəstələrinin müalicə aldığı hospitalda

Rusiyada bir gündə 139 nəfər koronavirusdan öldü

2
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 5 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5204 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 139 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 866627-yə çatıb. Rusiyada pandemiya yayılandan 14490 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7555 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 669026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,5 milyonu keçib, 700 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Mövzu:
Dünyanı cənginə almış bəla
Tibbi işçiləri xəstəni kompüter tomoqrafiyasına hazırlayırlar, arxiv şəkli

Koronavirusa görə hamı ona qaçır, amma təhlükəsini unutmuşuq?

837
Keçmiş baş sanitar həkim koronavirus aşkar olunsa belə, ehtiyac və həkim təyinatı olmadan tomoqrafiya etməməyi məsləhət görür.

BAKI, 4 avqust — Sputnik. Kompüter tomoqrafiyası (KT) zamanı şüa yükü çox yüksəkdir, onunla ehtiyatlı olmaq və hətta COVID-19 testinin müsbət olduğu zaman belə həkim təyinatı olmadan ondan çəkinmək lazımdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın keçmiş baş sanitar həkimi, tibb elmləri doktoru, Dövlət Dumasının deputatı Gennadi Onişenko bildirib.

O, diaqnostika üçün digər imkanlar axtarmağın zəruriliyini qeyd edib.

"KT-nin zəruriliyinə baxmaq lazımdır. Onu elə reklam ediblər ki, insanlar KT-yə o qədər inanır ki... Belə alındı – hər kəs qorxmuşdu. COVID hallarının 40 faizi ümumiyyətlə asimptomatik cərəyan edir. Heç bir əlamət olmur. KT-nin yükü var və o, çox yüksəkdir, onunla ehtiyatlı olmaq lazımdır. Ümid edirik ki, gələcəkdə biz müalicə formalarını təkmilləşdirəcəyik və bu cür müayinələrə daha diqqətlə yanaşacağıq. Gələcəkdə diaqnostika üçün KT ilə yanaşı, başqa imkanları da axtarmaq lazımdır", – Onişenko bildirib.

Keçmiş baş sanitar həkim koronavirus aşkar olunsa belə, ehtiyac və həkim təyinatı olmadan tomoqrafiya etməməyi məsləhət görür.

"Xəstələndiyiniz təqdirdə KT-ni etmək üçün ödənişli poliklinika axtarmayın, ancaq həkimə müraciət edin və həkim hər şeyi təyin edəcək", – Dövlət Dumasının deputatı yekunlaşdırıb.

837
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0