Xəzər dəniz donanmasının təlim-məşqi, arxiv şəkli

Xəzərdəki rus donanması hazırlıq siqnalı alıb

324
(Yenilənib 14:27 10.04.2017)
Sözügedən siqnalı həmçinin Dağıstan Respublikasında yerləşən dəniz piyadaları batalyonu da alıb

BAKI, 10 apr — Sputnik. Rusiyanın Xəzər donanması qış dövrünə hazırlıqla bağlı yekun yoxlama elan edib. Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev məlumat verib.

"Yoxlamalar çərçivəsində donanmanın hərbi hissələri və birləşmələri yüksək hərbi hazırlıq dərəcəsi ilə bağlı siqnal alıblar. Sözügedən siqnalı həmçinin Dağıstan Respublikasında yerləşən dəniz piyadaları batalyonu da alıb" — deyə o bildirib.

Mətbuat xidmətinin məlumatına görə, sahil hissəsində gəmi birləşmələri — "Tatarıstan" və "Dağıstan" raket gəmilərinin ekipajı, "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq", "Volqodonsk" və "Mahaçqala" kiçik raket və artilleriya gəmiləri də yoxlanılır. Ekipajlar öz növbəsində yay fəslinə təyin olunmuş raket və artilleriya atəşindən buraxılış imtahanı verəcək. Bununla yanaşı, nəzarət məntəqələrindəki qruplar və postlar arasında əməkdaşlıq və informasiya mübadiləsi məsələləri, həmçinin bölmələr və qərargahların birgə hərbi fəaliyyətləri də nəzərdən keçirilib.

Xəzər donanması son illərdə bir sıra yeni hərbi gəmilər alıb. Operativ birliklərin əsas nüvəsi 2015-ci ilin payızında Suriyaya uzaqvuran qanadlı raket zərbələri endirməklə hərbi yoxlamalardan keçib.

324
Teqlər:
qış dövrünə hazırlıq, Xəzər donanması, siqnal, gəmi, yoxlama, Rusiya
Əlaqədar
ABŞ gəmisi İran donanmasına atəş açıb
Alman donanmasına gecə basqını - canlı tarix danışır
NATO donanması Egey dənizində keşik çəkəcək
Öz hərbi donanmamız
ABŞ Hərbi Dəniz Donanmasının məktəbində atışma olub