BMT yığıncağı

Rusiya BMT TŞ-nin təcili toplantısını çağırdı

16
Kreml: "Bu, açıq-aşkar suveren bir ölkənin ərazisinə təcavüzdür"

BAKI, 7 apr — Sputnik. ABŞ-ın Suriya ordusuna aid "Şayrat" hərbi aviabazasını vurmasından sonra Rusiya BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

"Bu, açıq-aşkar suveren bir ölkənin ərazisinə təcavüzdür. Bu hücumla birlikdə beynəlxalq hüquq tapdanıb. Təəssüflə qeyd edirik ki, Amerikanın bu addımı ikitərəfli əlaqələrimizə zərər vuracaq" — Kremldən bildirilib.

16
Teqlər:
Suriya, BMT, hücum, kreml, ABŞ
Əlaqədar
Amerika raketləri Suriyanı belə bombardman etdi
Moskva, Tehran və Dəməşqdən ABŞ-a sərt reaksiya
ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı