Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı rus turistlərin sevimli istirahət yerlərindəndir

Abunə olmaq
RoomGuru.ru otel axtarışı servisi may bayramı günlərində uşaqlarla birlikdə səyahət və istirahət üçün ən populyar turistik istiqamətləri müəyyən edib

BAKI, 5 apr — Sputnik. Bakı rusiyalıların uşaqlarla birlikdə may bayramı günlərində istirahət etməyə üstünlük verdiyi populyar şəhərlər arasında ilk onluğa daxildir.

RoomGuru.ru otel axtarışı servisi may bayramı günlərində uşaqlarla birlikdə səyahət və istirahət üçün ən populyar turistik istiqamətləri müəyyən edib.

Reytinq 2017-ci ilin 29 aprel – 10 may tarixlərində uşaqlarla birlikdə qalmaq üçün bron edilən otel və apartamentlərlə bağlı məlumatlara əsasən tərtib edilib. 

Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəb turistlər Azərbaycana nə gətirib, buradan nə aparırlar?

TurStat agentliyinin məlumatına görə, 2017-ci ildə uşaqları ilə birlikdə xaricə səyahət edən rusiyalıların sayı ötən illə müqayisədə 10% artıb.

Bakı may bayramı günlərində uşaqlarla səfər etmək üçün seçilən şəhərlər arasında populyarlığına görə top-10-a daxildir.

Praqa, Minsk, Vyana, Budapeşt, Tbilisi, Batumi, Bakı, Tallin, Yerevan və Vilnüs rusiyalıların may bayramı günlərində uşaqları ilə birlikdə səyahət və istirahət üçün seçdikləri populyar onluqdur.  

RoomGuru.ru-nun məlumatına görə, Bakıda may bayramı günlərində uşaqlarla birlikdə qalmaq üçün otelləri orta hesabla 3,5 gecəyə bron edirlər və sutkaya 80 dollar sərf olunur. 

Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər bir azərbaycanlı bu şərtlərlə turistlərdən yaxşı pul qazana bilər

RoomGuru.ru Rusiyanın HotelsCombined.com servisinin saytıdır. Bu sayt World Travel Awards-in məlumatına görə, son dörd ildə dünyanın ən yaxşı otel axtarış sistemi kimi qəbul edilir. 

Xəbər lenti
0