Partlayış baş vermiş metrostansiya

Peterburq azərbaycanlılarının rəhbəri: "Əgər ikinci bomba partlasaydı..."

448
Vaqif Məmişov: "Dilbər Əliyevanın meyiti hələlik valideynlərinə verilməyib. Çünki məhkəmə-tibbi ekspertiza onun bədənindən partlayıcı qurğunun qəlpələrini çıxarmalıdır".

BAKI, 4 apr — Sputnik. Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın meyiti hələlik valideynlərinə verilməyib. Bu barədə Sputnik Azərbaycan-a Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov məlumat verib.

O, qeyd edib ki, məhkəmə-tibbi ekspertiza onun bədənindən partlayıcı qurğunun qəlpələrini çıxarmalıdır: "Bu, cinayətin araşdırılması üçün vacibdir. Hadisə zamanı zərərçəkmiş digər azərbaycanlı Zaur Vəliyevin vəziyyəti yaxşılaşır. Onu bu gün xüsusi palataya köçürəcəklər. Xoşbəxtlikdən qurbanlar arasında başqa azərbaycanlı yoxdur".

Azərbaycanlı Dilbər Məmmədova aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində ölüb. Bu faktı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu təsdiqləyib.

Məmişov qeyd edib ki, xüsusi xidmətlərin əməkdaşları "Ploşad vosstaniya" metrostasiyasında da partlayıcı qurğu aşkarlayıblar və onu zərərsizləşdiriblər. Həmin əldəqayırma qurğu 1 kq trotil gücündə olub.

"Metronun bütün istiqamətlərində sərnişin axını böyükdür. Lakin "Ploşad vosstaniya" metrosunda sərnişin axını daha böyükdür. Əgər partlayıcı qurğu işə düşsəydi, qurbanların sayı "Texnoloqiçeskiy İnstitut-2" stansiyasındakından çox olardı" — deyə diaspor rəhbəri bildirib.

Xatırladaq ki, ötən gün Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb. İstintaq digər variantları da araşdırır.

448
Teqlər:
Vaqif Məmişov, Dilbər Əliyeva, Peterburq, diaspor, partlayış, metro, Sankt-Peterburq, Azərbaycan, azərbaycanlı
Əlaqədar
Rusiyada terror qurbanlarının sayı artır
Azərbaycanlı qız Sankt-Peterburqdakı partlayışda həyatını itirdi
Azərbaycan XİN Peterburqdakı terror aktını pisləyib
Peterburqda terror aktında yaralananlar arasında azərbaycanlı var
Sergey Lavrov, arxiv şəkli

Lavrovdan Azərbaycan Ermənistana atəşkəs çağırışı

17
(Yenilənib 19:17 13.07.2020)
Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub

BAKI, 13 iyul – Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir. 

Qeyd olunub ki, iyulun 13-də Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub. Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb.

Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həm Bakı, həm də İrəvanla təmaslarda vasitəçilik missiyasını yerinə yetirməyi davam edəcəyi vurğulanıb. Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyi də qeyd olunub.

17
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Elmar Məmmədyarov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları arasında telefon danışığı olub

31
(Yenilənib 15:41 13.07.2020)
Məmmədyarov Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

BAKI, 13 iyul — Sputnik. Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib.

O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.

Nazir S. Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

31
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0