Putin terror qurbanlarının xatirəsini anır

Rusiyada terror qurbanlarının sayı artır

122
(Yenilənib 13:15 04.04.2017)
Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, ölənlərin sayı 14 nəfərə çatıb, daha 49 nəfər xəstəxanalarda müalicə alır

BAKI, 4 apr — Sputnik. Dünən Rusiyanın Sankt-Peterburq şəhərində metrostansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların sayı artıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı 14 nəfərə çatıb.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, hazırda daha 49 nəfər xəstəxanalarda müalicə alır. Bundan əvvəl isə ölənlərin sayının 11, yaralıların sayının 45 nəfər nəfər olduğu bildirilmişdi.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda güclü partlayış baş verib. Partlayışın terror aktı olduğu təsdiq olunub. Hadisə dünən günorta saatlarında, "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" metrostansiyalarının arasında baş verib.

Onu da qeyd edək ki, hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı da yaralanıb.

122
Teqlər:
nəfər, həlak, terror aktı, Sankt-Peterburq, Rusiya, azərbaycanlı
Əlaqədar
Azərbaycanlı qız Sankt-Peterburqdakı partlayışda həyatını itirdi
Azərbaycan XİN Peterburqdakı terror aktını pisləyib
Peterburqda terror aktında yaralananlar arasında azərbaycanlı var
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Terrorla bağlı Putinə inanılmaz qadağa