Sankt-Peterburqun Texnoloqiçeskiy institut metro stansiyasında partlayışın nəticəsi

Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır

20
(Yenilənib 21:37 03.04.2017)
Sankt-Peterburq metrosunda bu gün baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb, 50 nəfər yaralanıb

BAKI, 3 apr — Sputnik. "Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.

Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə Kurennoy bildirib ki, məsələ ilə istintaq orqanları məşğul olacaqlar.

Sankt-Peterburq metrosunda bu gün baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb, 50 nəfər yaralanıb.

20