Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədən ruslara sürpriz

© Photo : activistpost.comRusiya və Türkiyə bayrağı
Rusiya və Türkiyə bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Rusiya vətəndaşlarının tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gələ bilmələri üçün çalışırıq"

BAKI, 27 mart — Sputnik. "Rusiya vətəndaşlarının tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə giriş-çıxış edə bilmələri üçün çalışırıq. Hazırda hava limanlarında şəxsiyyətləri avtomatik oxuya bilən cihazlar qurulur".

© AFP 2023 / ADEM ALTANГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Глава МИД Турции Мевлют Чавушоглу

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. Antalyadakı Rusiya Mədəniyyət Dərnəyinin təşkil etdiyi konfransa qatılan Çavuşoğlu dərnəyin rəhbəri İrina Balcı və yerli ruslarla görüşüb. Bəzi kəlimələri rus dilində işlədən nazirin bu bacarığı diqqət çəkib.

"İndi bizim ruslarla münasibətlərimiz normallaşıb. Ona görə də, vizasız, pasportsuz gediş-gəliş məsələlərini müzakirə edə bilərik. Ən azından, ilk addımı biz atmaq istədik. Rusların ölkəmizə xarici pasport olmadan, tək şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün çalışırıq" — Mövlud Çavuşoğlu bildirib.

Xəbər lenti
0