Şeyx Həmzət, arxiv şəkli

Qroznıda “Şeyx”ə qarşı ikinci sui-qəsd olub

995
(Yenilənib 11:51 16.03.2017)
Qastəmirovun rəqibləri “qanuni oğru”nun var-dövlətinin yüz milyonlarla avro olduğunu bildirirlər

BAKI, 15 mart — Sputnik. Bu gün Qroznıda 41 yaşlı çeçen kriminal avtoriteti, kriminal aləmdə Şeyx Həmzət kimi tanınan Həmzət Qatəmirova qarşı daha bir sui-qəsd olub. 

Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib. 

Qeyd edək ki, Şeyx Həmzət 2016-cı ilin 18 avqustunda İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) yaxın dostu olub. 

Şeyx Həmzətə yaxın məsafədən atəş açıblar. Hücum zamanı üç atəş açılıb və nəticədə güllələrdən biri kriminal avtoritetə, digər ikisi isə onun cangüdənlərinə dəyib. Yaralı Qastəmirovu Qroznının mərkəzi xəstəxanasına gətiriblər. Onun vəziyyəti sabitdir. 

Onun ətrafı bildirib ki, rəqiblərinin əsas məqsədi Qastəmirovu fiziki cəhətdən məhv etmək yox, sadəcə çəkindirməkdir. 

Həmzət Qatəmirov
© Sputnik
Həmzət Qatəmirov

“Mübahisə obyekti Berlində yerləşən və hal-hazırda Şeyx Həmzətin idarə etdiyi Hotel ABİON-dur. Hələlik məlum olan yalnız budur” – mənbə bildirib. 

Xatırladaq ki, bu, “Avropa obşakı” adlandırılan kriminal kassanın nəzarətçisi Qastəmirova qarşı törədilən ikinci sui-qəsddir. 

Ona qarşı ilk sui-qəsd ötən ilin 23 dekabrı gecəsi Amsterdamdakı (Niderland) Staay Food Group Holding meyvə-tərəvəz bazasında baş vermişdi. Bu sui-qəsdin iştirakçıları həmin meyvə-tərəvəzin topdansatış bazarına iki ədəd Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov avtomatı ilə birlikdə TIR sürücüsü qiyafəsində daxil olmuşdular. 

Hücum nəticəsində “kriminal avtoritet”in cangüdənlərindən biri çiynindən yaralanmışdı. 

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sui-qəsdin iştirakçıları zərərsizləşdirilmişdi. 

Bu arada nüfuz dairəsini bölüşməyə çalışan Qastəmirovun rəqibləri “qanuni oğru”nun var-dövlətinin yüz milyonlarla avro olduğunu bildirirlər. 

Qeyd edək ki, Qastəmirov Almaniyada yaşayır. O, bir neçə gün əvvəl Qroznıya uçub. 

995
Teqlər:
Glok markalı tapança, Kalaşnikov avtomatı, Staay Food Group Holding, Həmzət Qatəmirov, Rövşən Canıyev, Qroznı, Amsterdam, Niderland, Berlin, İstanbul, Almaniya
Əlaqədar
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
Rövşən Lənkəranskinin ortağını gülləbaran elədilər
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

18
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

18
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı durmadan artır

6
(Yenilənib 18:03 02.12.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 347 401-ə çatıb. Rusiyada pandemiya yayılandan 41 053 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 2 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 25 345 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 589 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 347 401-ə çatıb. Rusiyada pandemiya yayılandan 41 053 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1 830 349-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,8 milyonu keçib, 1,48 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
test, Rusiya, korona virusu, Koronavirus, epidemiya, COVID-19
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

0
(Yenilənib 10:34 03.12.2020)
Yeni növ koronavirus Azərbaycanın daha tanınmış şəxsinin, vəkil Adil İsmayılovun həyatına son qoydu.

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.

“Report” xəbər verir ki, bunu vəkil Aqil Layic deyib.

A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!

0