Заместитель председателя правительства РФ Дмитрий Рогозин выступает на Технопром - 2014 в Новосибирске

Rusiyanın 3 əsas müttəfiqinin adları açıqlandı

57
(Yenilənib 22:02 23.02.2017)
O, 3 müttəfiq deyəndə ordu, donanma və hərbi-sənaye kompleksini nəzərdə tutduğunu qeyd edib

BAKI, 23 fev — Sputnik. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Twitter-dəki səhifəsində ölkəsinin 3 müttəfiqinin olduğunu bildirib.

O, 3 müttəfiq deyəndə ordu, donanma və hərbi-sənaye kompleksini nəzərdə tutduğunu qeyd edib.

​Roqozin bu açıqlaması ilə rus imperatoru III Aleksandrın məşhur ifadəsini bir daha xatırlatmış olub. İmperator Rusiyanın yalnız iki müttəfiqinin olduğunu bildirmişdi. Bu dostlar ordu və donanma imiş. İmperatorun fikrincə, digər dostlar ilk imkan düşəndə Rusiyanın əleyhinə olacaqlar.

57
Teqlər:
Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksi, donanma, ordu, III Aleksandr, Dmitri Roqozin, Rusiya
Əlaqədar
Rusiyalı deputatlar və ekspertlər Bakı və Moskva arasındakı münasibətlər barədə
“Rusiya ilə müharibə təhlükəsi artıb”
Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat edib