Lavrov

Sergey Lavrovdan qalmaqallı açıqlama

58
Lavrov: "Rysiya səfirinin Vaşinqtonda öz vəzifəsini icra edərkən Moskvaya gördüyü işlər barədə verdiyi hesabatlar dinlənilib"

BAKI, 20 fev — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın xüsusi xidmət orqanları daim Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakı dinləyir. Sputnik Türkiyə xəbər xəbər verir ki, bunu Lavrov bu gün Burkina Fasodan olan həmkarı Alfa Barri (Alpha Barry) ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. 

“Bir neçə həftə əvvəl Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi, general Flinn ətrafında baş verən qalmaqalla əlaqədar olaraq Amerikanın xüsusi xidmətləri anonim, lakin tamamilə rəsmi şəkildə jurnalistlərə bildirdilər ki, onların quraşdırdığı rabitə xətləri vasitəsilə bizim səfir Kislyakı müntəzəm olaraq dinləyirlər. Səfirin Vaşinqtonda öz vəzifəsini icra edərkən Moskvaya gördüyü işlər barədə verdiyi hesabatlar da dinlənilib” – Lavrov keçirdiyi mətbuat konfransında bildirib. 

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn
© REUTERS / Carlos Barria

Ötən həftə Maykl Flinn postunu tərk edərkən etiraf edib ki, Ağ Evə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla əlaqələri barədə natamam informasiya verib. 

Buna qədər isə KİV xəbər verib ki, Trampın komandasının nümayəndələrinin və onun məsləhətçisinin təkzibinə baxmayaraq, Flinn 2016-cı ilin dekabrında Kislyakla Rusiya əleyhinə sanksiyaları müzakirə edib. 

Kreml bəyan edib ki, Flinn Kislyakla danışıqlar aparıb, lakin onların söhbətləri KİV-ə səhv ötürülüb.

58
Teqlər:
Rusiya əleyhinə sanksiyalar, dinləmə, Kreml, Ağ Ev, Maykl Flinn, Sergey Kislyak, Sergey Lavrov, Moskva, Rusiya, Vaşinqton, ABŞ
Əlaqədar
ABŞ-da gözlənilməz istefa
ABŞ-da böyük qalmaqal: Tramp istefaya göndərilə bilər

Rusiyalıların 55%-i Vladimir Putinə etibar edir - SORĞU

71
Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib.

BAKI, 14 may — Sputnik. Rusiyalıların yarıdan çoxu (55%) RF prezidenti Vladimir Putinə etibar edir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın "İctimai fikir" fondunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələinə görə, respondentlərin 55%-i prezidentə inandıqlarını, 32%-i isə inanmadıqlarını bildiriblər. 13% rspondent cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 58%-i hesab edirlər ki, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gəlir. 26% əks fikirdədir. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib. Statistik xəta 3,6%-də yuxarı deyil.

71
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

569
(Yenilənib 14:06 14.05.2021)
Rusiya Prezidenti vasitəçilik səylərinin və Bakı və Yerevanla kontaktların davam etdirilməsinə olan qətiyyətini təsdiq edib.

BAKI, 14 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini cra edən Nikol Paşinyan arasında telefon söhbəti olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"RF prezidenti Vladimir Putinlə Ermənistan Respublikası baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon söhbəti olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş insidentə dair fikir mübadiləsinin gedişində Vladimir Putin 2020-ci il noyabrın 9-da və bu il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin verdikləri bəyanatların bütün müddəalarının - ilk növbədə atəşkəs rejiminə əməl olunması baxımından tam yerinə yetirilməsinin zəruriliyinə diqqət yönəldib", - məlumatda deyilir.

Rusiya Prezidenti vasitəçilik səylərinin və Bakı və Yerevanla kontaktların davam etdirilməsinə olan qətiyyətini təsdiq edib.

"Rusiya tərəfinin bölgədə sabitliyin təmin olunması naminə fəal vasitəçilik səylərinin və Bakı və Yerevanla sıx təmasların davam etdirilməsinə olan qətiyyəti təsdiq edilib. Rusiya prezidentinə minnətdarlığını ifadə edən Nikol Paşinyan bütün ortaya çıxan problemlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həll olunması naminə konstruktiv dialoq və qarşılıqlı fəaliyyət tərəfdarı olduğunu bildirib", - məlumatda bildirilir.

Söhbət zamanı həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpa olunması məsələlərinə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatla çıxış edib.

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır. 

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.

Həmçinin oxuyun:

Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"

ABŞ Azərbaycan-Ermənistan sərhədindəki olaylara münasibət bildirdi

Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı zənglər: ATƏT də narahatdır

569
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0