Moskvada Kreml

Rusiya SSRİ-dən qalma xarici borcunu tam bağlayır

5848
125,5 milyon dollarlıq son borc Bosniya və Hersoqoviniyaya ödəniləcək

BAKI, 18 fev — Sputnik. Rusiya bu il ərzində 125,5 milyon dollarlıq ödəmə ilə Sovet İttifaqı dövründən qalan 64 milyard dollarlıq xarici borcun hamısını bağlamış olacaq. 125,5 milyon dollarlıq son borc Bosniya və Hersoqovinaya ödəniləcək.

Vladimir Putin
© REUTERS / Alexander Zemlianichenko/Pool

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Maliyə Nazirliyinin verdiyi məlumata görə, Makedoniyaya 60.6 milyon dollarlıq borc ödənilib və bundan sonra Rusiyanın SSRİ-dən, ancaq Boniya və Hersoqovinaya borclu qalıb.

"125,5 milyon dollarlıq borc 2017-ci ilin büdcəsindən ödəniləcək. Razılıq artıq var. Tərəflər razılaşıb və sadəcə imza atılması gözlənilir. Bir ödəmə problemimiz yaşanmayacaq" — Rusiya Mərkəzi Bankından verilən açıqlamada bildirilir.

Qeyd edək ki, 1991-ci ildə Sovet İttifaqı dağılarkən, Rusiya SSRİ-nin varisi olaraq ondan qalan borcu öz üzərinə götürmüşdü. Borcun 60 milyard dollarlıq qismi, ABŞ və Britaniyanın daxil olduğu, 19 ölkəni birləşdirən "Paris Klubu"na idi. Bunun da yarıdan çoxu Almaniyaya olan borcdu.

2006-ci ildə artan neft gəlirləri hesabına Rusiya borcun böyük hissəsini bağlamışdı. Qalan borcdan Çinə 2015-ci ildə 415 milyon dollar ödənilmişdi.

5848
Teqlər:
Boniya və Hersoqovina, ölkə, Sovet İttifaqı, ödəmə, SSRİ, borc, Rusiya
Əlaqədar
SSRİ-nin "fatihə"sinin verildiyi gün
Bütün SSRİ-ni lərzəyə salan azərbaycanlılar
Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
On bir ölkənin vətəndaşları SSRİ dönəmindəki həyatı hazırkı şəraitlə müqayisə etdilər
SSRİ rəhbərliyinin növbəti kağız üzərində qalmış qərarı
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

1
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

1
Su 57

Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi

547
(Yenilənib 12:42 06.08.2020)
Müəssisənin rəhbərinin sözlərinə görə, qırıcının şüşə örtüklə təmin olunması kabinanın radiolokasiya görünməzliyini təmin edir, həmçinin kütləsinin ikiqat həcmdə azalması fonunda onun zərbəyə davamlılığını ikiqat artırır.

BAKI, 6 avqust — Sputnik. Rusiya istehsalı "Su-57" qırıcılarının şüşə örtüklə əhatələnməsi onun pilotuna nüvə partlayışını, həmçinin elektromaqnit, ultrabənövşəyi və infraqırmızı şüalanmaya tab gətirməyə imkan verəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu "Texnologiya" Obninsk elmi-istehsal müəssisəsinin icraçı direktoru Andrey Silkin qeyd edib.

Müəssisənin rəhbərinin sözlərinə görə, qırıcının şüşə örtüklə təmin olunması kabinanın radiolokasiya görünməzliyini təmin edir, həmçinin kütləsinin ikiqat həcmdə azalması fonunda onun zərbəyə davamlılığını ikiqat artırır.

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Rostex" döyüş aviasiyası üçün "radiolokasiya dalğalarını iki dəfə daha çox udan və təyyarənin kabinasının radiolokasiya görünməzliyini 30 faiz azaldan innovativ şüşə örtüyünün yaradıldığını elan edib. Şüşə örtüyü "Su-57", "Su-30", "Su-34", "MiQ-29K" və "Tu-160"-da quraşdırılacaq. Məlumatı şərh edən ABŞ-ın "The National Interest" jurnalı qeyd edib ki, kabinanın analoji örtüklə örtülməsi 1980-cı illərdən etibarən ABŞ-ın "F-16 Fighting Falcon" təyyarələrinə quraşdırılır.

Xatırladaq ki, Türkiyə dövləti Rusiyadan "Su-57" almaqda maraqlı olduğunu bildirib. "Rostex" rəhbərliyi isə təyyarəni Türkiyəyə tədarük etməyə hazır olduqlarını bildirib.

547
Kalkulytor və qələm, arxiv şəkli

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

40
(Yenilənib 20:17 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

40