Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada türk əsgərlərinə abidə ucaldılacaq

© Photo : AATürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Böyük Millət Məclisi iki ölkənin hökumətləri arasında imzalanan "Şəhidlik müqaviləsi"ni qəbul edib

BAKI, 15 fev — Sputnik. Türkiyə və Rusiya hökumətləri arasında imzalanan "Şəhidlik müqaviləsi" Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Sputnik Azərbaycan bu barədə "Cumhuriyyet" qəzetinə istinadən xəbər verir.

Həmin müqaviləyə əsasən, Birinci Dünya Müharibəsi zamanı əsir düşən, düşərgələrdə həyatını itirən, Rusiyanın Krasnoyarsk bölgəsində dəfn olunan türk əsgərləri üçün şəhidlik abidəsi ucaldılacaq. Bundan başqa, Vladivostok, Xirov və Petrovsk şəhərlərində olan türk əsgər məzarlarının tapılması və bu şəhərlərdə də abidə ucaldılması qərara alınıb.

Xəbər lenti
0