Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslarla türklər arasında mühüm görüş olacaq

© Photo : activistpost.comRusiya və Türkiyə bayrağı
Rusiya və Türkiyə bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Xarçenko: "Əsas mövzulardan biri bəzi türk vətəndaşları üçün viza rejiminin asanlaşdırılmasıdır"

BAKI, 10 fev — Sputnik. İş adamları başda olmaqla, bəzi Türkiyə vətəndaşları üçün viza rejiminin asanlaşdırılması üçün Rusiya və Türkiyə rəsmiləri arasında görüş olacaq. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadə xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Aleksandr Xarçenko bu açıqlamanı verib.

"Türkiyə ilə konsulluq məsələlərinə dair ətraflı yığıncaq keçirməyi planlaşdırırıq. Əsas mövzulardan biri bəzi türk vətəndaşları kateqoriyaları üçün viza rejiminin asanlaşdırılmasıdır" — deyə rus rəsmi bildirib.

Xarçenko sonda əlavə edib: "Təbii ki, vizaların tamamilə qaldırılması çox yaxın zamanda olmayacaq, lakin bu mövzunun üstündən sonsuza qədər xətt çəkildiyini söyləmək doğru olmaz. Hal-hazırda Ankara ilə təmaslarımız yalnız Xarici İşlər Nazirliyi səviyyəsində deyil, hərbi, hətta xüsusi xidmət orqanları səviyyəsində də davam edir. Bunların nəticə verməsinə ümid edirəm. O zaman vizasız gediş-gəliş mövzusuna baxacağıq".

Xəbər lenti
0