Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Rusiyaya səfər edəcək

© AFP 2023 / IVAN SEKRETAREVRəcəp Tayyip Ərdoğan və Vladimir Putin. Arxiv şəkli
Rəcəp Tayyip Ərdoğan və Vladimir Putin. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması, həmçinin başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq

BAKI, 30 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (RTƏŞ) iclasında iştirak etmək üçün mart ayında Rusiyaya səfər edəcək. Sputnik Türkiyə-nin verdiyi məlumata görə, mart ayının ilk günlərində Rusiyada keçiriləcək RTƏŞ-in toplantısı çərçivəsində Ərdoğanın Moskvaya səfəri və prezident Vladimir Putinlə görüşü gözlənilir.

Sözügedən toplantıda Putin və Ərdoğanın sədr qismində iştirak edəcəyi bildirilir. Görüşlərdə, xüsusilə Türkiyənin ərzaq məhsullarına qarşı məhdudiyyətlərin ləğv olunması, Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması, həmçinin başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Xəbər lenti
0