Dmitri Kiselyov

Dmitri Kiselyov: "Rusofobiya xroniki xəstəlik deyil"

5112
(Yenilənib 18:24 13.01.2017)
"Rusiyaya qarşı aqressiv və düşmən münasibət bəsləməklə çox şey itirirlər"

BAKI, 13 yan — Sputnik. "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin rəhbəri Dmitri Kiselyov Sputnik-ə müsahibəsində 1991-ci ildə Vilnüsdə baş verən proseslərlə bağlı xatirələrini bölüşüb. O, Litva hakimiyyətinin onu niyə "Azadlıq yolunu işıqlandırmaq uğrunda" medalından məhrum etməsindən danışıb və izah edib ki, hazırda hansı səbəblər Baltikyanı ölkələrin rusofobiyadan imtina etməsinə mane olur.

— Yanvar, 1991-ci il, Litva: siz həmin vaxt Litvanın paytaxtında olmusunuz. Orada baş verənləri necə qiymətləndirirsiniz?

— Mən hadisələrin lap başlanğıcından Vilnüsdə olmuşam. Çox həyəcanlı bir izdiham görmüşəm. İnsanlar öz inkişaf yollarını seçmək istəyirdilər. Onlar romantik əhval-ruhiyyədə idilər. Onların insan coşğusu məndə böyük simpatiya yaratmışdı. Mənə elə gəlirdi ki, Baltikyanı ölkələr bizim böyük ölkəmizə — Sovetlər İttifaqına hərəkət istiqaməti verəcək. Sonra məlum oldu ki, onlar hər hansı kompromisə getməyə hazır deyillər. Onda biz hər üç respublikanı məhz "Pribaltika" adlandırırdıq. Bu, sovet sözü idi, indi onu nadir hallarda işlədirlər, ola bilər ki, bu, hətta kimisə narahat etsin. Amma onda "Pribaltika" ifadəsi çox qürurlu səslənirdi, çünki Estoniya, Latviya və Litva üçün tamamilə xüsusi şərait yaradılmışdı. Sovet İttifaqında nisbətən kiçik olan bu üç xalq xüsusi dotasiya, imtiyazlar alırdı və Sovet İttifaqının vitrini idi. Onlar xoşməramlılığın və dözümlülüyün, indiki dillə desək, tolerantlığın simvolu idilər.

 Qayıdaq 1991-ci ilin yanvarına. Siz Mərkəzi Televiziyanın efirində Vilnüs telemərkəzindəki hadisələrə həsr olunmuş SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyi) məlumatını oxumaqdan imtina etmişdiniz. Sizin motiviniz nə idi — Litva milli hərəkatına rəğbət? O vaxtkı Sovet rəhbərliyi dirçəliş barədə informasiya verməyin əleyhinə idi? "Kremlin təbliğatı"na qarşı idiniz?

— Bilirsiz, bu, SİTA informasiyaları barədə mif idi. İndi belə başa düşürəm ki, bu, əslində haradasa Kremldə, SSRİ prezidentinin administrasiyasında hazırlanmış mətn idi. Bu, Litva izdihamında metal çubuqlarla silahlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təcavüz etmiş kimsə haqqında olduqca kobud yazılmış, hər hansı mənbəyə istinad edilməmiş bir mətn idi. Burada təxribatçı komandanın özünü olduqca aqressiv aparması və s. barədə söhbət açılırdı. Mən TSN-in (Televiziya Xəbərlər Xidməti) eksperimental xəbərlər proqramının aparıcısı idim. Mənə elə gəldi ki, bu, açıq-aşkar uydurmadır. Çünki burada xəbəri etibarlı edəcək bir nəfərin adı, hansısa detal yox idi, vaxt, marşrut göstərilməmişdi, bir sözlə, heç bir tam informasiya yox idi.

Dəmir çubuqlar barədə mətn… Qəribədir, necə olursa, həmişə məhz dəmir çubuqlar götürürlər. Bu, çox şübhəlidir. Darvazadan dəmir çubuqları necə qoparmaq olar? Mətndə qeyd olunan sözlərin heç birini bizim hadisə yerindəki müxbirlərimiz təsdiqləmirdi. Bu, digər proqramlardakı məlumat axını ilə həmahəng deyildi. Belə təəssürat var idi ki, bu mətn kütləyə və etiraz edən nümayişçilərə qarşı sonrakı zorakılıq hərəkətlərinə haqq qazandırmaq məqsədilə uydurulmuşdu.

İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarını cavablandırıb
© Official website of President of Azerbaijan Republic

Sonra məhkəmə prosesi göstərdi ki, Vilnüsdə damdan hər iki tərəfə atəş açılmışdı. Hər iki tərəfdən adamların öldürülməsi snayperlərin taktikasıdır. Bu, Maydanda da belə olmuşdu. Milisləri, dinc sakinləri öldürmək və sonra da demək ki, qarşıdurma, qan, üsyan… Onda bizim TSN-dəki gecə proqramımız "Zaman" ("Vremya") proqramına alternativ idi. İndi heç də hamı xatırlamır ki, bu, ölkədə cəmi bir xəbər proqramı olan bir televiziya kanalının olduğu dövr idi. O, "Zaman" adlanırdı. Onda hələ Rusiya televiziyası, "Vesti" proqramı, NTV, Ren TV və başqa televiziyalar yox idi. Amma artıq "Qorbaçov aşkarlığı" elan edilmişdi. Aşkarlıq nə idi? Bu, fikir plüralizmi idi. Sonradan bilmişik ki, rəsmi rupor olan "Zaman" proqramına münasibətdə plüralizmi nümayiş etdirmək üçün Siyasi Büronun qapalı qərarı ilə televiziya xəbərlər xidmətinin yaradılmasına icazə verilmişdi. Proqramı Aleksandr Qurnov təsis elədi və onu qısa müddətdə özü apardı. Gecə xəbərlərini gənclər aparırdı: Tanya Mitkova, Yura Rostov və mən. Biz alternativ informasiyaları ətraflı və fərqli intonasiyada təqdim edirdik. Bu, hakimiyyət üçün çox da uyğun olmayan gənclər proqramı idi və çox həssas xəbərləri verirdi. "Zaman" proqramında 21 saat deyirdilər ki, Litvada tanklar yoxdur, amma biz 23 saat eyni kanalda onları göstərirdik…

 — Bunu təsəvvür etmək çətindir…

— Bunu təsəvvür etmək çətindir. Bu, romantik aşkarlıq dövrü idi. Əlbəttə bu, daxili, eyni zamanda hakimiyyətin informasiya-xəbər proqramı ilə uyğunsuzluq yaradırdı. Vilnüs hadisələrinin ən qaynar vaxtlarında birdən Latviyada birinci adamın öldüyü barədə xəbər gəldi. Litvada yox ha, Latviyada. Adamın başına naməlum şəraitdə güllə dəymişdi. Biz başda güllənin olduğu vəziyyətdə çəkilmiş rentgen şəklini aldıq.

Onda internet yox idi. İndi bunu təsəvvür etmək çətindir. Faks var idi. Alternativ məlumat mənbələri də yox idi. Amma fakt var idi ki, Latviyada adam öldürülüb. "Zaman" proqramının gecə növbətçisi bəyan etdi: "Mənə başda güllə lazım deyil". Sonra izah edildi ki, güllə adama geri qayıdarkən dəyib. Biz onda bilmirdik ki, bu, Litvadakı çevriliş kimi böyük hadisələrin başlanğıcı idi. Bəlkə də onda artıq bütün Pribaltika qaynayırdı.

Mən cavab verirəm: "Bizdə rentgen şəkli var və fakt var — adam öldürülüb. Mən bunun hansı şəraitdə baş verdiyini bilmirəm. Biz sadəcə ilk qurban barədə məlumat veririk. Mən bilmirəm onu kim öldürüb — sovet ordusu, ya yox, amma bununla belə, bu faktdır və biz susa bilmərik". O deyir: "Heç bir halda". Mən cavab verirəm: "Onda xəbərlər olmayacaq". İnqilabi hüquqlar efirə doğru hərəkət edirdi, onda münasibətlər belə idi. Mən burada bizim tərəfimizdən heç bir qəhrəmanlıq görmürəm. Biz — televiziya xəbərlər xidmətinin aparıcıları və müxbirləri öz işimizi görürdük.

 Bu efirə görə sizi 13 yanvar hadisələrinin xatirəsi ilə bağlı medala layiq görmüşdülər?

— Litvalılar müstəqil olduqdan sonra TSN-də Vilnüs hadisələrinin işıqlandırılması faktını öz tarixlərinə yazdılar. Onlar aparıcıları qeyd etmək və onlara təşəkkür bildirmək qərarına gəldilər. Tanya Mitkova ilə məni səfirliyə dəvət edərək Litvanın azadlıq və müstəqillik tarixinə aid olduğumuza görə medalla təltif etdilər.

Bu, mənim həyatımda ilk və uzun müddətli yeganə dövlət mükafatı idi. Biz də minnətdarlıq olaraq onu saxlayırdıq. Eyni zamanda hesab etmirdik ki, nəsə qəhrəmanlıq etmişik və buna xüsusi əhəmiyyət vermirdik. Sonra mən o medalı itirdim. Litvalılar, deyəsən Krımdan sonra elan etdilər ki, etiraz əlaməti olaraq məni bu medaldan məhrum edirlər. Bu hərəkətə etiraz əlaməti olaraq Tatyana Mitkova da həmin medaldan imtina etdi.

Fakt odur ki, biz onların azadlıq yolunu işıqlandırmışdıq. Fakt odur ki, o, dövlət mükafatı idi və peşəkar dürüstlüyə görə verilmişdi, vəssalam. Zamanın o dövründə. Bu, onların tarixinin məşum həlledici hissəsi idi. İndi isə Litva hakimiyyəti özünü dözümsüz apararaq Rusiyaya qarşı gülünc iddialara görə məni o medaldan məhrum etdi. Onu geri almaqla onlar həm özlərini, həm də o hadisələr barədə həqiqəti deyən jurnalistlərə olan minnətdarlığı alçaltdılar.

 Siz indi Baltikyanı ölkələrdə söz azadlığını necə qiymətləndirirsiniz?

— Mənə elə gəlir ki, Litva Avropa İttifaqının bir hissəsi olmaq istəyirdi və ona nail oldu. Qərbi Avropada və Avropa İttifaqında söz azadlığı Rusiyadan daha dardır. O, siyasi korrektələrlə və açıq rusofobiya ilə məhdudlaşdırılıb. Siz Rusiyada "Mən Putini sevirəm" və "Mən Putini sevmirəm" deyə bilərsiniz. Rusiyada siz "Mən geyləri sevirəm" və "Mən geyləri sevmirəm" deyə də bilərsiniz. Buna görə sizə heç nə etməyəcəklər. Bu, sizin mövqeyinizdir və sizə tamamilə neytral yanaşacaqlar. Yox əgər siz Avropada desəniz ki, "Mən Putini sevirəm, amma geyləri sevmirəm", onda bu, sizin bir jurnalist kimi peşəkar karyeranıza son qoyacaq. Orada bir tərəfdən siyasi korrektliliklə bağlı məhdudiyyətlər var, digər tərəfdən də ağrılı rusofobiya var.

Pribaltikada, Litvada təəssüf ki, bura həm də yerli komplekslər, Rusiyaya qarşı süni surətdə yaradılan narazılıq da əlavə edilib. Onlar özlərini elə aparırlar ki, sanki kimsə onlara qarşı zorakılıq həyata keçirməlidir. Onlar sanki özlərini zorakılıq üçün təklif edirlər. Çünki bu onların mövcudluğuna hansısa mənanı verir.

Rusiyaya qarşı belə aqressiv və düşmən münasibətlə onlar çox şey itirirlər. Litvadan kütləvi axın nəticəsində yaranmış depopulyasiyanı xatırlatmaq kifayətdir. Bunun Rusiya ilə yaxşı münasibətlər olmadan həlli yoxdur. Hələlik məsələ belədir ki, təki Rusiya ilə münasibətləri pis olsun, təki ölkənin gələcəyi olmasın, amma Rusiya ilə birlikdə olmasınlar. Düzünü desək, Rusiya sadəcə bunu hiss etmir. Bizim üçün, bizim gündəlik həyatımız üçün, bizim siyasətimiz üçün Litva nədir? Elə də çox şey deyil. Onlar özlərini təcrid ediblər və Rusiya üçün öz mövcudluqlarını itiriblər.

Bizə şər atırlar ki, guya Pribaltikanı işğal etmək istəyirik. Qulaq asın, divardan aralanın və xəritəyə baxın. Başa düşəcəksiniz ki, bizim hələ çox əsrlər ərzində görəcəyimiz başqa işlərimiz var. Bizim Litvaya girmək üçün heç bir motivimiz yoxdur. Bizim Kalininqraddakı "İskəndər" raketlərimiz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edir.

Litva öz yolunu seçib. Hazırda onun əhalisinin əksəriyyəti Qərbin təbliğatı nəticəsində Rusiyaya mənfi münasibət bəsləyir. Və bu, Rusiyanın siyasətinin nəticəsi deyil, yerli siyasətçilərin və mətbuatın işinin nəticəsidir. Litvalılar bundan yaxşı heç nə əldə etməyəcəklər. Litvada yaşamaq necə də kədərlidir. Amma ola bilsin, zaman-zaman nələrsə dəyişsin. O da var ki, bu rusofobiya sancıları Ukraynada olduğu kimi daha ağır diaqnoz təhlükəsi yaradır. Sabiq baş nazir Nikolay Azarovun sözləri ilə desək, siyasi palitrada yalnız 50 qəhvəyi çalar qalıb. Belə dövrlər gəlib keçir. İspanlar, almanlar, italyanlar bunu keçiblər, sonra sağlamlaşıblar. Tarixi dövrlərdəki belə şeylər vicdan əzabı və utanc hissi ilə müalicə olunur. Litvanın şansı var ki, zamanla öz qonşusu Rusiya ilə daha mehriban davransın. Bizim Litvaya qarşı heç bir iradımız, mənfi hisslərimiz yoxdur. Biz başqa miqyaslı insanlarıq. Biz hesab edirik ki, bütün xırda narazılıqlar keçid infeksiyaları kimi keçib gedəcək. Bu, xroniki xəstəlik deyil.

5112
Teqlər:
Pribaltika, İttifaq, fobiya, Dmitri Kiselyov, Litva, Baltikyanı, "Rossiya seqodnya", rus, Putin, Latviya, Rusiya, Avropa, medal
Əlaqədar
ABŞ-dan Rusiyaya ağır ittiham
Rusiyadan Amerikaya şillə kimi cavab
35 rusiyalı diplomat ABŞ-dan qovulur
Putin: Heç kəs Rusiyaya onun öhdəsindən gələ bilməyəcəyi problem yarada bilməz
Rusiya ilə Türkiyə arasında tarixi razılıq əldə olundu
Amerikalı səfirin Rusiya haqda işlətdiyi ifadə diqqət çəkib
Bumeranq zirehli transportyoru

"Armata"dan da sürətli: Rusiyada yeni təkərli tanklar hazırlanır

14
(Yenilənib 23:52 24.02.2021)
Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsalar da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

BAKI, 24 fevral — Sputnik, Andrey Kots. "Güclü, sürətli və yaxşı müdafiə olunan "Bumeranq" vahid zirehli platforması əsasında Rusiyanın ilk təkərli tankını yaratmağa hazırlaşırlar. Perspektivli şassinin xüsusiyyətləri üzərinə "Sprut"-SD özüyeriyən silahdakı kimi hamar gövdəli topla bir silah kompleksi quraşdırmağa imkan verir," - deyə Hərbi Sənaye Şirkətinin baş direktoru Aleksandr Krasovitski izah edir.

Təkərli tankların qoşunlarda hansı yeri tuta biləcəyi barədə RİA Novosti-nin növbəti materialında.

Suriyada işə yarayacaq

Krasovitskinin sözlərinə görə, "Bumeranq" vahid təkərli platformasının işlənib-hazırlanması başa çatmaq üzrədir – onun üzərində qurulan K-16 zirehli transportyorunun dövlət sınaqlarının ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Mühəndislərin fikrincə, dizaynda elm və texnikanın ən müasir nailiyyətlərindən istifadə olunub. Əlavə planlara perspektivli BMP K-17, xüsusi təyinatlı texnika və digər vasitələrin sınağı da daxildir.

Hərbi Sənaye Şirkətinin baş direktoru bildirir ki, "Bumeranq" platforması əsasında sürətli təkərli tankın yaradılması sektor üçün problem təşkil etmir.

Sovet İttifaqında buna bənzər texnika işlənib-hazırlansa da, rus ordusunda təkərli tanklar yox idi. Təkərli tank - tam dönən bir qüllədə güclü silahla təchiz olunmuş zirehli maşınların qeyri-rəsmi adıdır. Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsa da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

"Təkərli tanklar onlar üçün uyğun zəminin olduğu ölkələrdə daha populyardır", - deyə hərbi ekspert Aleksey Leonkov RİA Novosti-yə bildirir.

"Məsələn, Afrikada. Ona görə də xüsusən CAR-da məhz təkərli tanklara üstünlük verirlər. Onların ən böyük üstünlükləri sürətində və təmirlərarası məsafənin uzunluğundadır. Əgər əsas döyüş tankları, belə demək mümkündürsə, on min kilometr məsafə qət edəndən sonra sınırsa, topla təchiz olunmuş zirehli tank yüz min kilometr yol gedə bilər", - deyə ekspert vurğulayır.

Mütəxəssisin fikrincə, Rusiya ordusu üçün bu cür tanklar dəmir yollarının ötürücülük qabiliyyətinin zəif olduğu Orta Asiya istiqamətində daha faydalı ola bilər: təkərli zirehli maşınları magistral yollara keçirmək çox asandır. Bundan başqa, belə texnika Suriyada göstərilən patrul xidmətində də əl verir. Hazırda orada hərbi polis "Tiqr" və BTR-82A zirehli maşınları ilə hərəkət edir.

Leonkov onu da qeyd etdi ki, perspektivli tank eynilə zirehli transportyor kimi su maneələrini aşmağa, həm gedə-gedə, həm də üzə-üzə atəş açmağa qadirdir. Güclü silahlanması sayəsində bu maşından həm reydlər zamanı, həm də ümumqoşun əməliyyatlarında - cinahlarda, kəşfiyyat, patrul xidmətlərində və döyüş zastavalarında istifadə edilə bilər.

İri kalibr

Təkərli texnikanın yollara daha az zərər verməsi də mühüm amillərdən biridir. Polad tank tırtıllarının ən möhkəm asfaltı belə dağıtdığı heç kimə sirr deyil. Bu səbəbdən, ağır zirehli maşınların xüsusi qoşqu-transportyorunda daşınmasını üstün tuturlar. Yükləmə və boşaltma isə çox vaxt aparır. Amma təkərli tank xüsusi hazırlıq tələb olunmadan yürüşdən birbaşa döyüşə qoşula bilər.

Xüsusi olaraq hava-desant qüvvələri üçün hazırlanmış "Sprut"-SD özüyeriyən silahında olduğu kimi perspektivli tankın da 125 mm-lik bir topa sahib döyüş bölməsi əsas silahı hesab olunur.

Avtomatik yükləyici və 40 mərmi ilə sabitləşdirilmiş 2A75 hamar gövdə T-72 və T-90 tanklarının 2A46M silahlarına bənzəyir.

Özüyeriyən tank müvafiq çapdakı hər cür sursatı, həmçinin tank əleyhinə idarə olunan raketləri atəşə tuta bilir. Döyüş bölməsinin köməkçi silahlanması 7,62 mm-lik bir PKT pulemyotu ilə birləşdirilib.

Tank və dronlar əleyhinə

Perspektivli təkərli platforma olan "Bumeranq" ilk dəfə 2015-ci ildə Qələbə bayramı münasibətilə təşkil edilmiş paradda nümayiş olundu. Bu bazadakı texnika BTR ailəsinə məxsus Sovet və Rusiya zirehli transportyorlarına nisbətən daha böyük və daha güclüdür.

Magistral yolda 750 at gücünə malik YaMZ-780 mühərriki maşını saatda 100 kilometrə qədər sürətləndirir. Mühərrik bölməsi ön hissədədir, bu isə desanta arxadan çıxıb-düşməyə imkan verir. "Bumeranq" maşınları keramik əsaslı çoxqatlı zirehə malikdir ki, bu da homogen müdafiədən daha etibarlıdır.

"Bumeranq" ailəsinin ən güclü maşını hələlik "Bumeranq"-BM uzaqdan idarə olunan universal döyüş modullu K-17 təkərli BMP-si sayılır. Silahlanması – tank əleyhinə selektiv hərbi sursat və döyüş ehtiyatı tutumu 500 mərmiyə qədər olan 30 mm-lik 2A42 avtomatik topudur. Tank əleyhinə iki idarə olunan "Kornet" raketi ilə də təchiz edilib.

Daha ciddi variant da var. K-17 üçün mümkün döyüş modullarından biri də dəqiqədə 120 atış dərəcəsi ilə 57 millimetrlik topa sahib "Baykal" AU-220M-dir.

Belə hesab olunur ki, onun mərmilərinin gücü Qərb məktəbinin bütün müasir BMP-ləri ilə mübarizə aparmaq üçün yetərlidir. Bundan başqa, 57 millimetrlik kalibr 12 kilometrə qədər məsafədə uçan ən kiçikölçülü pilotsuz uçuş aparatlarını belə məhv etməyə qadirdir.

14
Teqlər:
dron, zirehli döyüş maşını, zirehli maşınlar, zirehli texnika, tank, Rusiya
Nikol Paşinyan, arxiv şəkli

Moskvadan Paşinyana sərt xəbərdarlıq

28
(Yenilənib 22:30 24.02.2021)
Təbii ki, bu həqiqətə uyğun deyil. Bizim "İskəndər"lərimiz yüksək dəqiqliyə malik silahlardır, onlar artıq bir sıra təlimlərdə görünüb.

BAKI, 24 fevral — Sputnik. Rusiya Dövlət Dumasının Müdafiə üzrə Komitəsinin sədr müavini Viktor Zavarzin Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" operativ-taktiki raket kompleksləri barədə fikirlərini tamamilə yalan adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Zavarzin "Qovorit Moskva" radiostansiyasının efirində bildirib.

"İnsan günahsız olduğunu göstərmək istəyəndə "İskəndər"lərə də söz atar, erməni xalqını da günahlandırar, hərbçiləri də günahlandırar. Təbii ki, bu həqiqətə uyğun deyil. Bizim "İskəndər"lərimiz yüksək dəqiqliyə malik silahlardır, onlar artıq bir sıra təlimlərdə görünüb", - deyə Zaverzin qeyd edib.

O, Suriyada bu raketlərdən uğurla istifadə olunduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.

Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları açıqlamayıb. 

Jurnalistin "Belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Bu arada, Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" kompleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

""İskəndər" Suriyadakı terrorizmlə müharibə dövründə öz yüksək xüsusiyyətlərini təsdiqləyib, Ermənistan Baş naziri Nikol Paşinyanın guya raketlərin partlamadığına dair iddiaları isə onun bu sahədəki səriştəsizliyinə dəlalət edir".

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası və Suriya Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə açıqlamasında bildirib.

"Paşinyan öz məğlubiyyətini ört-basdır etmək üçün bəhanə axtarır. Halbuki müharibə və sülh məsələlərindən daha yaxşı baş çıxaran insanlar bilirlər ki, "İskəndər" XXI əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemidir", - deyə Sablin vurğulayıb.

"Soros Paşinyanı pis vəziyyətdə qoydu. Ancaq məsələ yalnız onun bacarıqsızlığında deyil. Bu bir daha göstərdi ki, küçələrin gurultulu şüarlarla yad ssenari əsasında hakimiyyətə gətirdiyi insan öz ölkəsini necə məhv edə bilər. Buna yalnız ermənilər deyil, başqaları da əmin ola bilərlər", - deyə deputat əlavə edib.

28
Teqlər:
"İskəndər-E", "İskəndər", İskəndər, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan
Qaz sayğacı, arxiv şəkli

Qaz kartında vəsaiti bitənlərin nəzərinə

0
(Yenilənib 00:53 25.02.2021)
Belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlayın!

BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:

"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".

"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.

0