ABŞ dollarları, arxiv şəkli

Tramp azərbaycanlı biznesmenə 2 milyard dollar qazandırdı

1668
Rusiyalı milyarderlər öz sərvətlərini 29 mlrd. dollar artırıblar

BAKI, 10 yan — Sputnik. Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanmasından sonra rusiyalı milyarderlərin varidatı 29 mlrd. dollar artıb. Sputnik "Forbes" jurnalına istinadla xəbər verir ki, bu artım milli valyutanın qüvvətlənməsi və Rusiyada qiymətli kağızların dəyərinin artması ilə əlaqədardır.

Uniqlo geyim firmasının qurucusu Tadashi Yanai
© AP Photo / Eugene Hoshiko

ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Birləşmiş Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu NOVATEK şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri 1,8 mlrd. dollar təşkil edir. "Forbes" Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

NOVATEK-in idarə heyətinin sədri Leonid Mixelson da ABŞ-dakı seçkilərdən sonra sərvətinə 1,9 mlrd. dollar əlavə sərvət qatıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir. Mixelson 2016-cı ildə Rusiyanın ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

Tramp prezident seçildikdən sonra Rusiyanın polad maqnatları — "Severstal" PAC-ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov 1,6 mlrd., "Novolipetsk metallurgiya kombinatı" (NLMK) ASC-nin Direktorlar Şurasının sədri Vladimir Lısin isə 1,4 mlrd. dollar varlanıb. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb. "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərov da Trampın qələbəsindən sonra varlanan rusiyalı iş adamlarındandır. O, 2016-cı ildə 1,8 mlrd. dollar varlanıb.

Ələkbərovun nailiyyətləri neft bazarındakı radikal dəyişikliklərlə bağlıdır. Dünya bazarında neftin qiymətlərinin kəskin düşməsi fonunda OPEC üzvü olan ölkələr, həmçinin kartelə üzv olmayan bir neçə neft ölkəsi hasilatın azaldılmasına dair razılaşma əldə ediblər. Həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmlərində 59% bahalaşma müşahidə olunub.

Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti ümumilikdə 29 mlrd. dollar artıb. ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlərin sərvəti cəmi 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlanıblar.

1668
Teqlər:
Donald Tramp, seçki, Rusiya, ABŞ, prezident, dollar
Əlaqədar
Azərbaycana 27 milyard pul lazımdır
"Suriyanın bərpası üçün 180 milyard dollar lazımdır"
Məşhur azərbaycanlı milyarder "dirildi"
Dünyada milyarderlərin ən çox olduğu ölkənin adı açıqlandı
ABŞ İrana 1.7 milyard dollar kompensasiya ödədi
Putin və Lukaşenko, arxiv şəkli

Putin Lukaşenkonun müzakirə edəcəyi məsələlər açıqlandı

2
(Yenilənib 15:33 22.04.2021)
Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.

 

BAKI, 22 aprel — Sputnik. Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko Moskvada Belarusa qarşı diversiya planlarının üstünün açılmasını müzakirə edəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar müntəzəm olaraq gündəmdəki məsələləri müzakirə edirlər və hər dəfə məsələlərin sayı azalmır. Bundan əlavə, əlbəttə ki, Belarusda təxribat planlarının açıqlanması ilə bağlı son hadisələrə dair mövcud vəziyyət barədə fikir mübadiləsi aparılacaq", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

2
Rusiyada meşələr, arxiv şəkli

"İqlim üzrə Rusiya ilə əməkdaşlıq etmək lazımdır" nümayəndəsi

3
(Yenilənib 14:39 22.04.2021)
Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcəkdir.

BAKI, 22 aprel — Sputnik. Əgər Moskva və Brüssel indi iqlim üzrə işləməyə başlamasa, onda bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Rusyadakı səfiri Markus Ederer bildirib.

"Rusiyanın Aİ-dəki səfiri kimi mən əməkdaşlığın xeyrinə işləməyə hazıram. İqlim əməkdaşlığı ilə bağlı da. Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək. Ona görə də gəlin birgə işləyək", - deyə Ederer "Rusiya və Avropa sabahkı dünyada" adlı videokonfransda çıxışı zamanı bildirib.

3
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

0
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

0
Mövzu:
Yeni tip koronavirus pandemiyası