Пресс-секретарь президента РФ Дмитрий Песков, архивное фото

Rusiyadan Amerikaya şillə kimi cavab

321
Dmitri Peskov: "Əslində, bu raporta cavab vermək özü yersizdi. Bu cür ittihamlar eşitməkdən yorulduq".

BAKI, 9 yan – Sputnik. Birləşmiş Ştatlarda hazırlanan və içərisində Rusiyanın ABŞ-dakı son seçkinin nəticəsinə təsir etdiyi irəli sürülən kiberhücum ilə bağlı faktların yer aldığı raporta Kremldən ilk reaksiya gəlib. 

Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

D.Peskov ABŞ Mərkəzi Kəşfiyyatının hazırladığı raportu “Sübutu olmayan və qeyri-peşəkar ittiham” adlandırıb:

“Əslində, bu raporta cavab vermək özü yersizdi. Bu cür ittihamları eşitməkdən yorulduq. Təbii ki, biz həmin raportda yazılanlarla razı deyilik. Amerikalı həmkarlarımız dönüb özlərinə baxsınlar. Bizi günahlandırdıqları işlərlə özləri tarixin hər dövründə məşğul olublar. Onların fərqli zamanlarda fərqli ölkələrdə siyasi liderləri dəyişdirmək üçün “cadugər ovu”na çıxdıqlarını yaxşı bilirik". 

321