Rusiyanın Suriyadakı hərbi əməliyyatları

Rus ordusunun bir hissəsi Suriyadan çəkilir

61
(Yenilənib 15:36 06.01.2017)
Rusiya Müdafiə Nazirliyi Suriyadakı silahlı qruplaşmalarının sayını azaltmağa başlayıb

BAKI, 6 yan — Sputnik. Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini geri çəkir. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident Vladimir Putinin qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı silahlı qruplaşmalarının sayını azaltmağa başlayıb: "Suriyanı ilk olaraq "Admiral Kuznetsov" aviadaşıyıcısı, "Pyotr Velikiy" kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək. Aviadaşıyıcı qrup qarşısına qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib".

Gerasimovun sözlərinə görə, 2016-cı il 30 dekabrda Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib: "Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil".

61
Teqlər:
Valeri Gerasimov, Suriya, hərbi, Rusiya, ordu
Əlaqədar
Rus əsgərləri Suriyanı tərk etməyə başlayıblar
Putin Obamanı rus aviasiyasının Suriyadan çıxdığına dair məlumatlandırdı