Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli

Rusiya ilə Türkiyə arasında tarixi razılıq əldə olundu

17346
Suriyanın bütün bölgələrində bu gecədən etibarən atəşkəs qüvvəyə minəcək

BAKI, 28 dek — Sputnik. Türkiyə və Rusiya, Suriyada tərəflərə təqdim edəcəkləri ümumi atəşkəs planı üzərində razılaşdıqlarını açıqlayıb. Sputnik xəbər verir ki, bu barədə Kommersant-a Rusiya hakimiyyətindəki mənbə məlumat verib.

"Türkiyə ilə Rusiya, Hələbdə əldə olunan atəşkəsdən sonra, Suriyanın digər regionlarında da atəşkəsin olması üçün razılığa gəlib. Hər iki ölkə Suriya iqtidarı və müxalifətinə bununla bağlı planı təqdim edəcək." — nəşr yazır.

Sözügedən planda Suriyanın ərazi bütövlüyü və suverenliyinə bir daha diqqət çəkilir: "İrəliki zamanlarda dövlət quruluşunun necə olacağı kimi mövzulara milli dialoq çərçivəsində suriyalıların qərar verməli olduğu vurğulanır."

Plana görə, Suriyanın bütün bölgələrində bu gecədən etibarən atəşkəs qüvvəyə minməlidir. Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, "Suriya mövzusunda Türkiyə, İran və digər bölgə ölkələri ilə əməkdaşlığı artırmağa davam edəcəyik" demişdi.

17346
Teqlər:
razılıq, plan, atəşkəs, Suriya, Rusiya, Türkiyə
Əlaqədar
"ABŞ imkan verməz ki, Rusiya-Türkiyə-İran üçlüyü onun planını pozsun"
Baş nazir: "Terrorun hədəfi Rusiya - Türkiyə münasibətlərini pozmaqdır"
Türkiyədəki Rusiya səfirini öldürən şəxs polisdir
Rusiya ilə Türkiyə arasında ortaq fond yaradılacaq
Rusiya və Türkiyənin baş nazirləri Moskvada görüşüb
NATO-nun Rusiya-Türkiyə yaxınlaşmasına reaksiyası gecikmədi