BAKI, 27 dek — Sputnik. Bir neçə gün əvvəl Qara dənizdə qəzaya uğramış, Rusiyaya aid "Tu-154" təyyarəsinin "qara qutu"su tapılıb.
Sputnik RİA-ya istinadən xəbər verir ki, "qara qutu"nun yeri müəyyən edilsə də o, hələlik sudan tam çıxarılmayıb. "Yaxın saatlarda həmin qutu sudan çıxarılacaq", — deyə səlahiyyətli qurumlardan bildirilib.
BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.
BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.
Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.
Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.
""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.